Noyabrın 13-də Fransa paytaxtına edilmiş terror basqınlarından sonra İranın kəşfiyyat naziri Mahmud Ələvi belə bir ehtimal irəli sürüb ki, İslam Dövləti adlanan təşkilat Tehranı da hədəfləyə bilər.
Həftəsonu Tehranda keçirilən təhlükəsizlik konfransında çıxış edən Ələvi deyib ki, Tehran üçün təhlükə Paris və Beyrutu hədəfləyən eyni qruplaşmadan qaynaqlanır.
Kəşfiyyat naziri təhlükə mənbəyinin İranın daxilində və ya qonşu ölkələrdə olduğuna dair təfərrüatları açıqlamayıb.
İran quru qoşunlarının komandanı, general Əhməd Reza Purdestan da İranın qərb və şərq sərhədlərində yerləşən İD-lə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, İranın şərq sərhədində, İraqda yerləşən Diyala əyalətində baş vermiş hücumlardan sonra, Tehran qərara gəlib ki, İD-in sərhədlər boyunca 40 kilometrlik zolağa yaxınlaşacağı təqdirdə, İran hərbi tədbirlərə əl atacaq.