Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan üçün hazırlanan "kitayski Xomeyni"nin psixoloji portreti...

Image


Əslində Taleh Bağırzadənin dini və yaxud siyasi fəaliyyətlə məşğul olduğunu ayırd etmək çox da çətin deyil. Normal dini fəaliyyət, adətən, insanların mənəvi təkamülünə, onların daxili aləmlərində ruhani hisslərin və dinə bağlılıqların güclənməsinə xidmət edir. Siyasi fəaliyyət isə hər hansı bir şəxsin hakimiyyətə gəlmək üçün istifadə etdiyi vasitə, getdiyi yoldur. Azərbaycan Respublikasının qanunvericiliyində hər iki fəaliyyət növü qanunla tənzimlənir.
Biz yaşıl əqiq qaşlı üzük taxıb, Azərbaycan xalqına xas olmayan şivə ilə danışan Taleh Bağırzadəni "dindar" adlandıra bilərdik. O, ilk baxışdan mömin müsəlmana bənzəyir... Amma sadəcə bənzəyir. Taleh Bağırzadə din pərdəsi altında dövlətçiliyimiz üçün təhlükə vəd edən siyasi fəaliyyətlə məşğuldur. Məscid kürsüsündən siyasi tribuna kimi istifadə edən bu şəxs xalqı dövlətə qarşı qiyama səsləyir, Kərbəla hadisələrində şəhid olmuş İmam Hüseynin və onun tərəfdarlarının döyüş ruhunu azərbaycanlı möminlərdə görməyi arzu edir. Taleh Bağırzadə Azərbaycan hakimiyyətini Yezidə bənzədir. Xatırladaq ki, radikal şiələrin düşüncəsinə görə, Yezidin və onun tərəfdarlarının qanı halaldır. Hətta onların qanlarını tökmək vacibdir. Bu isə Azərbaycanın dövlət məmurlarını, ölkədə hakimiyyətin siyasi kursunu dəstəkləyən milyonlarla vətəndaşı ölümlə təhdid etməkdir.
İslam dinində olan müəyyən fikir ayrılıqlarından, kəskin qütbləşmələrdən istifadə edən Bağırzadə qonşu ölkələrdə dini zəmində baş verən qanlı münaqişələri Azərbaycanın sabit ictimai-siyasi mühitinə transfer etmək və "inanclı" deyə adlandırdığı insanların vasitəsilə ölkədə qorxu mühiti yaratmaq istəyir. Özünü din xadimi kimi təqdim edən Taleh Bağırzadə Azərbaycan hökumətini ən kəskin ifadələrdə təhqir edir, onu "başsız", "şərəfsiz", "vicdansız" və s. adlandırır. O, SOCAR-ın Gürcüstanda soydaşlarımızın həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə qarşı ideoloji təxribat həyata keçirməyə çalışır. Onun təhlükəli çağırışları Gürcüstanlı soydaşlarımızın illərdir üzləşdikləri müxtəlif problemlərin həllinə mane olur.
Maraqlıdır ki, Azərbaycan hökumətini təhqir edərkən şirə dönən Taleh Bağırzadə İran İslam Respublikasında soydaşlarımız assimilyasiya ediləndə, dil, təhsil və başqa hüquqları əllərindən alınanda, "türkəxər" deyə etnik həqarətə məruz qalanda sükuta qərq olur. Azərbaycan Respublikasının Konstitusiyasında qüsur axtaran Bağırzadə İran Konstitusiyasının 15-ci maddəsində nəzərdə tutulan soydaşlarımızın ana dilində təhsil alma hüququnun açıq - aşkar pozulmasına laqeydlik nümayiş etdirir. Taleh Bağırzadəni hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "İran bizə yardım etməsəydi, Azərbaycanın qabağında heç bir həftə də duruş gətirə bilməzdik" etirafı da narahat etmir. Baxmayaraq ki, o hər zaman məzlumlardan danışır. Görəsən, Qarabağda, Xocalıda qətl edilənlər məzlum hesab olunmurmu?
Axı, Taleh Bağırzadə və onunla eyni ideologiyaya qulluq edən insanlar da bizim həmvətənlərimizdir. Biz hamımız eyni vətənin suyunu içib, havasını uduruq. Əlinə düşən hər fürsətdə Azərbaycan hökumətini asıb-kəsən, milli və dini təəssübkeşlikdən dəm vuran Taleh Bağırzadə İran hökumətinin anti-Azərbaycan təbliğatının qarşısında susur. İran prezidenti Haşimi Rəfsəncani Azərbaycan bayrağını tərsinə asır, xarici işlər naziri Əliəkbər Vilayəti "Azərbaycan İranın bir parçasıdır, onu İrana qaytaracağıq" söyləyir, bu ölkənin dini lideri Əli Xamneyi "Biz Qarabağ müharibəsi zamanı ermənilərlə bir yerdə olmuşuq. Ehtiyac yaranarsa yenə olacağıq" deyir, İranda türklər(azərbaycanlılar-red.) "tarakan"la, türk - Azərbaycan dili "cəhənnəm dili" ilə eyniləşdirilir. Taleh Bağırzadə isə bütün qüvvəsi ilə Azərbaycanda fars ideologiyasını yayır. Birmənalı olaraq deyə bilərik ki, Bağırzadənin İrana olan sədaqəti İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hər hansı bir əsgərini belə qısqandıra bilər.
Sual yaranır: Taleh Bağırzadəni İrana bu qədər bağlayan, onu İran xəfiyyə sisteminin bir üzvü olmağa məcbur edən nədir? Yoxsa O, Qumda təhsil alarkən hansısa mollanın şəhvətinin qurbanı olub?
Heç kimə sirr deyil ki, İranın Qum şəhəri təkcə dini mərkəz deyil, eyni zamanda fars ideologiyasının təbliğ edildiyi, ETTELAAT üçün kadrların hazırlandığı təlim mərkəzidir. İllərdir İran xüsusi xidmət orqanları xarici ölkələrdə casusluq üçün hazırladıqları agentləri məhz Quma təhsil almağa gələn tələbələr arasından seçirlər.
Əminliklə demək olar ki, 5 il Qumda təhsil alan Taleh Bağırzadə beyin yuyulmasının qurbanı olub və hazırda da İranın xüsusi xidmət orqanları onun üzərində ciddi şəkildə çalışmaqda davam edirlər. Agent Bağırzadənin kütlə qarşısında çıxışları, jestləri, hətta mimikası belə düşünməyə əsas verir ki, iranlı siyasi texnoloqlar, NLP mütəxəssisləri "Azərbaycanın Xomeynisini" hazırlamaq üçün ciddi səy göstərirlər. Ədalət naminə qeyd etməliyik ki, zəhmətləri hədər getməyib. Məhz iranlı rejissorların kinolarında müşahidə olunan teatrallıq və yüksək artistizmi bizim "Kitayski Xomeyni"nin davranışlarında aşkar şəkildə sezmək mümkündür.
Taleh Bağırzadəni öz doğma vətəninə xəyanət etməyə sövq edən ayətullahlardan fərqli olaraq, İslam peyğəmbəri "Vətən sevgisi imandandır" deyirdi. İslam dininə alternativ din yaratmaq istəyənlər, təriqətçiliklə məşğul olanlar, sadə müsəlmanların diqqətini İslam peyğəmbərinin mütərəqqi ideyalarından yayındıraraq, onları öz siyasi ambisiyalarının qurbanlarına çevirənlər milli hisslərdən mərhum olmuş Bağırzadə kimilərini öz ideoloji təcavüzlərinin ruporuna çeviriblər. Onlar Azərbaycan vətəndaşlarını müxtəlif şantaj üsulları ilə öz tələlərinə salaraq, Azərbaycanda dini nifaq yaratmaq, ölkədəki sabitliyi və rifahı məhzəb intriqaları ilə məhv etmək istəyirlər.
Taleh Bağırzadə Azərbaycanın qədim tarixi haqqında danışarkən məqsədli olaraq Şah İsmayıldan uzağa getmir. Onun dövlət və dövlətçilik anlayışı məhz bu dövrdən başlayır. Çünki tariximizin bu cür saxtalaşdırılması fars şovinistlərinin məqsədlərinə uyğundur. Sanki türklər bu coğrafiyada Şah İsmayıla qədər mövcud deyilmiş. Azərbaycanın qədim tarixə, dövlətçilik keçmişinə malik olmadığı, azərbaycanlıların irandilli tayfalardan törəməsi versiyası fars tarixçilərinin irəli sürdükləri iddialardandır və İran dövlətinin siyasi xəttində də bu düşüncənin müxtəlif formalarda təzahür etməsinə tez-tez şahidlik etmək olar.
O, Azərbaycanın tarixi şəxsiyyətlərini sadalayarkən yalniz Şah İsmayılın, Şah Təhmasibin, Şah Abbasın adını çəkir. Tarixin dərin qatlarına enib, ilk dövlət qurumlarımızın, dövlət başçılarımızın: Atillanın, Metenin, Tomrisin, Cavanşirin, Babəkin, yüzlərlə digər qəhrəmanımızın adlarını yad etmək, zəngin tarixi keçmişimizdən qürurla söz acmaq Taleh Bağrzadənin maraqları daxilində deyil. Çünki onun arzusu Azərbaycanı İranın ostanlarından biri kimi görməkdir. Bunun üçün isə ilk növbədə tarixi saxtalaşdırmaq lazımdır. Axı, köksüz ağacı yıxmaq daha asandır.
Əminliklə deyə bilərik ki, Taleh Bağırzadənin fəaliyyətinin motivi din yox, siyasət və kindir. İslam dininin barış və sülh dini olmasına baxmayaraq, Bağırzadənin öz tərəfdarlarını kin və qisas hissi ilə bəsləməsinin, Azərbaycan hakimiyyətinə qarşı amansız mübarizəyə səsləməsinin və bu mübarizəyə cihad donu geydirməyə çalışmasının yeganə səbəbi multikultural və tolerant dəyərləri ilə seçilən cəmiyyətimizdə qarışıqlıq salmaq, məhzəb savaşını körükləmək, fərqli düşünən insanların bir-birinə qənim kəsilməsini təmin etməkdir. Eyni ssenarilər ərəb ölkələrində də həyata keçirildi. Öncə xalqla hakimiyyət qarşı-qarşıya gətirildi, sonra dövlətlər çökdürüldü. Bir vaxtlar dünya mədəniyyətinin beşiklərindən biri sayılan Suriya məhz bu ssenari ucbatından məhvə sürüklənir. Bu gün milyonlarla suriyalı qonşu ölkələrdə dilənçilik edir. Bir xalqın ləyaqət hissi hansısa imperialist maraqlar ucbatından yerlə sürünür.
Taleh Bağırzadə təfəkkürlü insanların çoxalması, təşkilatlanması və dindən siyasi vasitə kimi istifadə etmələri Suriyanı, İraqı, Liviyanı, Misiri, Tunisi viran etdi. Ona görə də "5-ci kolon"un, onların nəzarətində olan media resurslarının Taleh Bağırzadəni dəstəkləməsi, onunla ittifaq qurması başa düşüləndir. Heç bir sosial bazaya malik olmayan "Milli şura"nın üzərinə götürdüyü, amma yerinə yetirə bilmədiyi missiyanı indi Taleh Bağırzadə kimi dindar adı altında gizlənmiş siyasi avantüristlər və agentlər həyata keçirmək istəyir. Bu missiya Azərbaycan dövlətinin beynəlxalq platformada müsbət imicinə zərbə vurmaq, dövlətçiliyin əsaslarını sarsıtmaq, ölkədə vətəndaş qarşıdurması yaratmaq, Azərbaycanı bəzi ölkələrin koloniyasına çevirməkdir.
Maraqlıdır ki, Azərbaycanın hüquq-mühafizə orqanları Taleh Bağırzadənin bu tipli qanunazidd əməllərinə hələ də dözümlü yanaşır. Axı, Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olmasını təsbit edən müvafiq maddə, Cinayət Məcəlləsinin konkret tələbləri var...
Ölkə qanunvericiliyinə əsasən, din xadimlərinin siyasətlə məşğul olması qadağandır. İnsanların dini hisslərini istismar edərək, onu öz antimilli maraqlarının alətinə çevirənlər, sadə insanları Allah qorxusu ilə hədələyib tabe olmağa sövq edənlər, cəmiyyəti "inanclılar" və "digərləri" deyə iki hissəyə bölənlər, məscidlərdən, pirlərdən, məzarlardan siyasi qərargah kimi istifadə edənlər qanun qarşısında cavab verməlidir.
Cəmilə QARAYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ