ABŞ Prezidenti Donald Tramp Senatın İranla müharibəyə son qoymağa çağıran qətnaməsini tənqid edib.
O deyib ki, yıxılmağa və təslim olmağa hazır İran onilliklər ərzində ilk dəfə olaraq ABŞ-a və onun prezidentinə “dəlicəsinə hörmət edir”. “ABŞ Senatı isə, dünyanın aparıcı terrorizm sponsoru olan dövlətə ABŞ-ın mənim onlara etdiyim hərəkətləri bəyənmədiyini və bunu dayandırmalı olduğumu demək üçün Müharibə Səlahiyyətləri Qanunu ilə bağlı mənasız və zamansız səsvermə keçirməyi seçir. Bunu etməklə, onlar sadəcə düşmənə kömək ediblər", - deyə Tramp bildirib.
O, həmçinin, Demokratlarla yanaşı qətnaməyə səs verən dörd respublikaçını da tənqid edərək, onun qarşısında dayanmalarına qəzəblənib.
Tramp deyib ki, "İran gələcək illərdə ən yüksək səviyyədə nüvə yoxlamalarına tam və qeyd-şərtsiz razılıq verib". ”Əgər onlar buna razı olmasaydılar, başqa danışıqlar olmazdı!"- o deyib.
İranın rəsmi olaraq müfəttişləri qəbul etməkdən imtina etdiyi nəzərə alınarsa, bu iddia olduqca şübhəli görünür. Üstəlik İran, Vaşinqtonun əvvəllər bildirdiyi kimi, dondurulmamış aktivlərdən əldə edilən vəsaitlərdən istifadə edərək ABŞ mallarını almaqdan imtina edib.
Bu arada Marko Rubio ABŞ siyasətini izah etmək üçün Yaxın Şərqə göndərilib. Dövlət katibi Prezident Trampın İranla bağlı razılaşmasındakı güzəştlərin, o cümlədən təklif olunan 300 milyard dollarlıq fondun regional rəqib üçün çox səxavətli olduğunu düşünən Körfəz müttəfiqlərini sakitləşdirməklə görəvlidir. Rubio ilkin razılaşmanı müdafiə etməli və həmçinin Körfəz həmkarlarının narahatlıqlarını inandırıcı şəkildə həll etməlidir.
SAMİRƏ