ABŞ Prezidenti Donald Tramp adminstrasiyasının iyunda Azərbaycanla Ermənistan arasında sülh mövzusunda məhsuldar müzakirələrin aparılmasını səbirsizliklə gözlədiyini bəyan edib.
Bu barədə Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda deyilir.
"Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.
Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq"- deyə ABŞ Prezidenti məktubda bildirib.
TAHİR