Cümə axşamı günü, 24 sentyabr 2026
     

Suriya terrorunda əli olan "Holcim"in Azərbaycandakı fəaliyyətinə də növbə çatdı...

Image


2014-cü ilədək Suriyadakı terror qruplarını maliyyələşdirməkdə təqsirli bilinən Fransanın sement şirkəti “Lafarge” və onun indiki sahibi İsveçrənin “Holcim” qrupu ətrafında qalmaqal səngimir. Qeyd edək ki, Fransanın sement istehsalçısı “Lafarge” vətəndaş müharibəsi zamanı Suriyadakı biznesini davam etdirmək üçün, İŞİD də daxil olmaqla, cihadçı qruplara milyonlarla dollarlıq müdafiə pulu ödəməkdə günahkar bilinib. Artıq keçmiş baş direktor Bruno Lafont da daxil olmaqla, səkkiz keçmiş “Lafarge” işçisi də terrorizmi maliyyələşdirməkdə günahkar bilinib.

Paris məhkəməsi müəyyən edib ki, “Lafarge” şirkəti Suriyanın şimalındakı zavodunun fəaliyyətini davam etdirmək üçün 2013-2014-cü illər arasında qruplara 6,5 ​​milyon dollar ödəyib. Bu cür ödənişlər qadağan olunmuş təşkilatlara ölkənin təbii sərvətləri üzərində nəzarəti ələ keçirməyə imkan verib və bu da onlara Yaxın Şərq və Avropada hücumları maliyyələşdirməyə imkan verib. Bu ödənişlər İŞİD ilə əsl kommersiya tərəfdaşlığı şəklində həyata keçirilib. “Lafarge” hələ 2022-ci ildə eyni faktlara görə Amerika məhkəmələri qarşısında günahını etiraf edib və 778 milyon dollar cərimə olunub. Şirkət indi 2007-ci ildən 2015-ci ilə qədər baş direktor olmuş Brüno Lafonta, qrupun digər üç keçmiş məsul idarəçisinə, eləcə də suriyalı vasitəçiyə qarşı çıxır və onların ittiham olunan təcrübələrə görə məsuliyyət daşıdığını hesab edir. İndi bütün bu proseslər Azərbaycanda da xüsusi diqqətlə izlənir. Məsələ burasındadır ki, ölkəmizdə bir qrup QHT nümayəndəsi İsveçrənin “Holcim” qrupuna daxil olan “Lafarge” şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət edib. Məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib. Yuxarıda qeyd edilən faktlar sadalanaraq, aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətdə vurğulanıb ki, beynəlxalq araşdırmalarda və məhkəmə proseslərində bildirildiyi kimi, bu hərəkətlər silahlı zorakılıqda, terrorizmin maliyyələşdirilməsində, mülki əhaliyə qarşı genişmiqyaslı pozuntular və insanlıq əleyhinə cinayətlərdə korporativ iştirakın qarşısını almağa yönəlmiş beynəlxalq normalara ziddir: "Holcim Azərbaycan" şirkətinin regionda əhəmiyyətli sənaye aktoru kimi rolunu nəzərə alaraq, hesab edirik ki, o, ən yüksək şəffaflıq, insan hüquqları üzrə lazımi araşdırma və etik biznes standartlarına riayət etmək məsuliyyəti daşıyır. Şirkət, beynəlxalq humanitar hüquqa, korrupsiyaya qarşı mübarizə standartlarına və silahlı və ya sanksiya altında olan qruplara birbaşa və ya dolayı yolla dəstəyin qarşısının alınmasına dair açıq və şəffaf öhdəlik nümayiş etdirməlidir. Qeyd edilənləri nəzərə alaraq, “Holcim” Qrupunun törəmə şirkəti olan "Holcim Azərbaycan" şirkətinin bütün fəaliyyətləri ilə bağlı şəffaf araşdırmalar aparılmasını xahiş edirik".

Qeyd edək ki, “Holcim” şirkəti 1913-cü ildə İsveçrədə yaranıb. Hazırda şirkət 70 ölkədə sement istehsalı ilə yanaşı, beton doldurucuları və aqreqat istehsalı ilə də məşğul olur. Şirkət Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkət müxtəlif fəaliyyət sahələrini idarə edir. Onlara 1949-cu ildən regionun aparıcı istehsalçılarından biri olan Qaradağ Sement Zavodu da daxildir. Qaradağ Sement re-brendinq olunaraq “Holcim “Azərbaycan” ASC olub. İndi də şirkətin istehsal etdiyi məhsullar Azərbaycan tikinti bazarına satılır. Bundan əvvəl isə “Holcim” iddia edirdi ki, fəaliyyət göstərdiyi bütün ölkələrdə dürüst hərəkət etmək, düzgün davranışlar nümayiş etdirmək, sağlam rəqabət aparmaq, öz vəzifələrini düzgün yerinə yetirmək və cəmiyyətin sağlam inkişafını dəstəkləmək “LafargeHolcim”in əsas prinsiplərindəndir. Lakin Suriyada baş verənlər, “Lafarge”nin buradakı fəaəliyyəti tamam əks mənzərə yaradır. Bu mənada ölkəmizdə bir qrup QHT nümayəndəsinin müraciəti və onların araşdırması daha maraqlı mənzərənin üzə çıxmasına səbəb ola bilər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

24.09.2026 / 19:59
ABŞ-ın özünün sorğuları Tramp üçün faciəli nəticələr ortaya qoyub...

24.09.2026 / 19:44
Dağ-mədən sənayesində “tam zəncirin yaradılma” prosesi başladı...

24.09.2026 / 19:30
Dövlət büdcəmiz ilk dəfə test qaydasında tərtib olunacaq - Əsədov təsdiqlədi...

24.09.2026 / 19:06
Təbii sərvətdən milli rifaha aparan yol

24.09.2026 / 18:55
Alüminium sənayemizə xarici kapitalın irticaçı müdaxilə cəhdi alınmadı - Prezidentin qərarı...

24.09.2026 / 18:50
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026-da ölkə üzrə 6-cı, dünya üzrə isə 514-cü yerdə

24.09.2026 / 18:37
1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

24.09.2026 / 18:20
"Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir" - Baş nazir

24.09.2026 / 18:16
Polisə Dəstək İctimai Birliyi SDU-da “İnsan Alverinə qarşı mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda tədbir keçirib

24.09.2026 / 18:10
Əhliman Əmiraslanov Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı iştirak edib - FOTO

24.09.2026 / 18:06
DİN "Formula 1"-lə əlaqədar əhaliyə müraciət etdi - VİDEO

24.09.2026 / 17:51
Moskva İrəvanı hərblə təhdid edir, daxildəki Rusiyayönümlü qüvvələr “sahibsiz” qalmaq istəmir...

24.09.2026 / 17:40
Peskov növbəti dəfə Ermənistana çağırış etdi - AİB və Aİ ilə bağlı qərarınızı verin…

24.09.2026 / 17:32
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir

24.09.2026 / 17:25
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçu hədəfləri artilleriya atəşi ilə məhv edildi - VİDEO

24.09.2026 / 17:16
"Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir" - “AzerGold”un sədri

24.09.2026 / 17:13
Nazir Vilayət Eyvazov xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşdü - FOTO

24.09.2026 / 17:08
Şəhid anası unudulmur

24.09.2026 / 17:04
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq - FƏRMAN

24.09.2026 / 16:54
“Layihəmiz heç bir elmi ekspertizaya buraxılmadan, qondarma “texniki tələblərə cavab vermir” bəhanəsi ilə birbaşa kənarlaşdırıldı” - Mübariz Ağalarlı

24.09.2026 / 16:33
Formula 1 - İkinci sərbəst yürüşdə qəza baş verdi

24.09.2026 / 16:33
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

24.09.2026 / 16:22
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

24.09.2026 / 16:18
BMT dəhlizlərində qapalı ABŞ-Rusiya danışıqları...

24.09.2026 / 16:11
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 6 nəfər saxlandı

24.09.2026 / 16:09
Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

24.09.2026 / 15:59
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

24.09.2026 / 15:50
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezidentə təqdim edilib

24.09.2026 / 15:44
Bakcell-də hədiyyə mövsümü başladı

24.09.2026 / 15:31
Nazirlər Kabinetində Əli Əsədovun sədrliyi ilə iclas keçirilir

24.09.2026 / 15:23
Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatdı

24.09.2026 / 15:15
İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

24.09.2026 / 14:22
Tarixçi alimlər: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir”

24.09.2026 / 14:14
Xəzər dənizində təlim zamanı 9 Qazaxıstan hərbçisi həlak oldu

24.09.2026 / 14:09
Ukrayna Aİ-nin sanksiya siyahısına Usmanov və Fridmanın yerinə başqa iki rus oliqarxın salınmasını təklif etdi - Lisin və Potanin…

24.09.2026 / 14:05
Zəfər şəhidinin ev-muzeyi ziyarət olunub

24.09.2026 / 13:55
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib – erməni nazir açıqladı…

24.09.2026 / 13:41
Ukrayna Rostovda neft anbarını, Kubanda isə neft emalı zavodunu vurdu…

24.09.2026 / 13:27
Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlandı

24.09.2026 / 13:20
Yeri ürəklər olanlar...

24.09.2026 / 13:15
Bakıda Formula 1 rekordu - xarici qonaqların sayı 16 mini keçdi

24.09.2026 / 13:05
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

24.09.2026 / 12:50
Nizamidə şirkət anbarından 51 min manatlıq kombi oğurlandı...

24.09.2026 / 12:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum oldu

24.09.2026 / 12:33
Nyu-Yorkda ABŞ-İran danışıqlarının təfərrüatları sızdırıldı - Vaşinqton Tehranın Hörmüz təklifini rədd etdi…

24.09.2026 / 12:20
Dini konfessiya rəhbərləri Anım Günü ilə bağlı bəyanat yaydı - 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir...

24.09.2026 / 12:17
Ürəklərdə yaşayan Vətən qeyrətli oğullar unudulmur

24.09.2026 / 12:07
Avrokomissiya rəsmisi rusları Putini devirməyə çağırdı – hər şey onlardan asılıdır…

24.09.2026 / 11:40
Paşinyan rusiyalı jurnalistə cavab - "Niyə iki stul? Biz bir erməni stulunda oturmuşuq"…

24.09.2026 / 11:23
Suraxanıda şübhəli şəxsdən 32 kq narkotik aşkarlandı

24.09.2026 / 11:08
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli oldu

24.09.2026 / 10:50
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

24.09.2026 / 10:44
Ürəklərdə yaşayanlar

24.09.2026 / 10:24
"TRIPP regional əlaqələrin inkişafına xidmət edəcək" - Ceyhun Bayramov

24.09.2026 / 10:01
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi və 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - FOTO

24.09.2026 / 09:56
Ərdoğan Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət etdi

24.09.2026 / 09:40
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24.09.2026 / 09:25
Şahmatçılarımız erməni qadınlara niyə uduzub?

24.09.2026 / 09:19
Paşinyanın deputatları "Arsax"sözü gələn kimi parlamenti tərk etdilər

24.09.2026 / 09:11
Formula 1 üzrə Azərbaycan Qran-Prisi start götürür

24.09.2026 / 08:03
Tramp Starmerin siyasətini “axmaqca” adlandırdı

24.09.2026 / 07:47
Karib ölkələri Britaniyaya qarşı - onilliklərə dayanan “fəaliyyət planı” hazırlanır

24.09.2026 / 07:20
Britaniya-Yunanıstan gərginliyi yenə çözülmədi - “Oğurlanmış” Elgin heykəlləri arada qalıb…

24.09.2026 / 06:58
İran prezidentindən İsveçrə Konfederasiyası Prezidentinə maraqlı hədiyyə - ABŞ nümayəndə heyəti zalı tərk etdi

24.09.2026 / 06:46
Kolizey bağlandı - bədbəxt hadisə üzündən…

24.09.2026 / 06:35
Putin ABŞ-a xüsusi nümayəndəsini göndərdi - Vitkof və Kuşnerlə danışıqlar üçün

23.09.2026 / 22:47
Azərbaycan-ABŞ münasibətləri Nyu-Yorkda müzakirə olundu

23.09.2026 / 22:32
Yəmən husiləri ABŞ-ı hədələdi – Sizi də vurarıq…

23.09.2026 / 22:16
Putin deputat mandatlarının beşdə birini Ukrayna veteranlarına güzəşt etdi - Niyə?...

23.09.2026 / 21:59
ABŞ-dan bir şey çıxmadı, Britaniya husilərə qarşı müharibəyə başlayır...

23.09.2026 / 21:43
Tramp Cinpinlə görüşmək üçün 60 illik protokolu pozacaq...

23.09.2026 / 21:35
Qeyri-neft sektorunun inkişafına yeni arena açıldı...

23.09.2026 / 21:21
Ceyhun Bayramov Nyu-Yorkda fransalı həmkarı ilə görüşdü

23.09.2026 / 21:18
Bu yandan sovet hökuməti, o yandan ermənilər - Azərbaycan iqtisadiyyatında ikiqat məhv edilmiş sahə...

23.09.2026 / 21:16
Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk etdi

23.09.2026 / 21:02
Neft hasilatımızın azalması rəsmən təsdiqləndi - əvəzində daha böyük uğurumuz var...

23.09.2026 / 20:47
Deputatın maraqlı iradı - informasiya sorğusuna cavab vermədiyinə görə 1500 manat cərimə...

23.09.2026 / 20:31
Yeni Dövlət Proqramı ilə bağlı xarici sərmayəçilərə ciddi xəbərdarlıq edildi...

23.09.2026 / 20:24
“Zelenski istəsə, Moskvaya gələ bilər; təhlükəsizliyini təmin edəcəyik” - Kreml

23.09.2026 / 20:18
“Filizçay”da “AzerGold” şirkətinə böyük dövlət etimadı - Doğrulda biləcəkmi?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ