şənbə günü, 26 sentyabr 2026
     

Trampın İranla bağlı 8 aprel qərarının ilginc səbəbi...

Image


Abutalıb Səmədov: "Göz qabağındadır ki, sülhə gəlmək, hər iki tərəfi qane edən variant tapmaq qeyri-mümkündür"

Donald Trampın 8 aprel tarixində İranla bağlı sərt ritorikadan geri çəkilməsi bir sıra suallar doğurur. Əgər əvvəlcə “İranı yer üzündən silmək” və “daş dövrünə qaytarmaq” kimi kəskin bəyanatlar səsləndirilirdisə, sonradan daha yumşaq mövqeyə keçidin səbəbi nə idi? Bu dəyişiklik hərbi risklərin real qiymətləndirilməsi, mümkün əks zərbələrdən çəkinmə, yoxsa daha geniş geosiyasi və daxili siyasi hesablamalarla bağlı idi?

Bu kontekstdə əsas müzakirə mövzusu ondan ibarətdir ki, ABŞ rəhbərliyi üçün seçim nə idi: eskalasiyanı davam etdirərək daha geniş müharibə riskini qəbul etmək, yoxsa gərginliyi azaltmaq hesabına daha praqmatik nəticəyə üstünlük vermək. Bu qərarın arxasında duran motivasiyalar - hərbi, siyasi və strateji amillər məsələnin mahiyyətini anlamaq üçün əsas açardır.

Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, Trampın verdiyi ultimatumun bitməsinə bir neçə saat qalmış atəşkəs haqqında razılaşmanın imzalanması böyük əksəriyyət üçün gözlənilməz oldu. Çünki hər iki tərəf bərk mövqe tutmuşdu və heç birinin geri çəkiləcəyini güman etmək mümkün deyildi. Sonda kim geri çəkildi, o da məlum deyil.

İran özünü qalib elan edir, 10 şərt irəli sürdüyünü deyir və Trampın bu şərtləri qəbul etdiyini bildirir. ABŞ prezidentinin mətbuat katibi isə özlərinin qalib gəldiyini, İranın atəşkəs üçün diz çökdüyünü iddia edir. Eyni zamanda Tramp və onun ətrafında olan şəxslər deyir ki, İranın şərtləri qəbul olunmayıb və bildirirlər ki, qəbul edilən şərtlər tamamilə başqa şərtlərdir.

Başqa nə şərtlər ola bilər? İranın şərtləri dəyişməzdir. O şərtlərin qəbul edilməsi isə ABŞ-ın məğlubiyyətinin sübutudur. Əgər mətbuatda elan edilən şərtlər - İraq, Livan və Yəməndə döyüşlərin tam dayandırılması - regional münaqişələrə son qoyulması, İrana qarşı müharibənin tam və daimi bitməsi, regiondakı bütün münaqişələrin bitməsi, Hörmüz boğazının yenidən açılması – gəmiçilik üçün, Hörmüz boğazında təhlükəsiz naviqasiya üçün protokolun yaradılması, İranın tikintisi və bərpası üçün tam təzminatın ödənməsi, İrana qarşı bütün sanksiyaların qaldırılması, İrana məxsus dondurulmuş aktivlərin qaytarılması, İranın nüvə silahı sahibi olmamaq qərarının qəbul edilməsi və bütün cəbhələrdə dərhal atəşkəsin qüvvəyə minməsi şərtlər qəbul edilməyibsə, bəs hansı şərtlər qəbul edilib ki, onun əsasında danışıqlar aparılacaq?

Ekspert hesab edir ki, bu danışıqlarda razılığa gəlmək mümkün olmayacaq: "Hər iki tərəf özünü haqlı və qalib sayır və güzəştə getmək fikirləri yoxdur. Elə isə, razılığa gəlmək necə mümkün ola bilər?

Nədən ABŞ prezidenti bəyan etdiyi planlardan imtina etdi? Məlumdur ki, Tramp elektrik stansiyalarının, energetika və infrastruktur obyektlərinin sıradan çıxarılacağını bəyan etmişdi. İran da bunun qarşısını almaq üçün vətəndaşlara müraciət edərək onları canlı qalxan olmağa dəvət etdi. Strateji obyektlərin ətrafında dinc əhali canlı qalxan hazırladı. Həmin obyektlərin bombalanması on minlərlə insanın həyatına son qoymaq deməkdir. ABŞ buna görə geri çəkildimi, danışıqlara gedərək zərbəni gözlənilməz anda vurmaq qərarına gəldimi? Yoxsa əlavə qüvvələrin Fars Körfəzinə gətirilməsinə ehtiyac var? Bu müddətdə sursat daşınmalıdırmı? Hərçənd, bu cür addımların atıldığı deyilir. Yəni əlavə qüvvələr İran ətrafında toplanır.

Bir tərəfdə bu addımlar, digər tərəfdən də tutulan mövqe, verilən vədlər göstərir ki, müharibə hələ bitməyib. Çox güman ki, tərəflər danışıqları uzatmaq yolunu seçəcəklər, yəni iki həftəyə hansısa razılığa gəlmək, əlbəttə, qeyri-mümkündür. ABŞ İranın şərtlərini qəbul etsə belə, bunu zamana yaymalı olacaq ki, məsələ mümkün qədər arxa plana keçsin, insanlar səslənən bəyanatları və verilən vədləri unutsunlar. Əgər ABŞ yaxın günlərdə İranın tələblərini qəbul etsə, onda Tramp bunu izah etməlidir: dövlətə vurulan bu qədər zərər nəyin naminə, hansı məqsədlər üçün edilmişdi?

ABŞ qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədisə, onda nə üçün bu hərbi əməliyyatları başlatdı?

Məlumdur ki, müharibə ərəfəsində danışıqlar bir neçə məsələ ətrafında planlaşdırılırdı – İranın nüvə proqramı, balistik raket proqramı, ölkədə insan hüquqları və proksi qüvvələrə dəstəyin dayandırılması. Nüvə proqramı ilə bağlı heç bir irəliləyiş yoxdur, ABŞ balistik raketlərin xeyli hissəsini sıradan çıxardığını bildirir, amma bütövlükdə İran balistik raketlərlə bağlı heç bir öhdəlik götürməyib. İnsan hüquqları məsələ ümumiyyətlə müzakirə mövzusu deyil, proksi qüvvələrlə bağlı İran tək şərtlər irəli sürür. İran deyir ki, atəşkəs sazişi yalnız İranla deyil, eyni zamanda Hizbullahla da bağlanmalıdır. Çünki İsrail Livan hökumətinin öz ərazisini idarə etmədiyini deyir, Hizbullahın isə dövlət içində dövlət olduğunu iddia edir.

Müharibə ərəfəsində ABŞ Hizbullah, Həmas və digər proksi qüvvələrə dəstəyi kəsməyi tələb edirdisə, indi İran açıq şəkildə onlara dəstək verir və deyir ki, sən Hizbullahla da atəşkəs barədə razılığa gəlməlisən. İsrail və ABŞ isə bunu qəbul etmir. Bu da razılığa gəlməyi mümkünsüz edən məsələlərdən biridir.

Göz qabağındadır ki, sülhə gəlmək, hər iki tərəfi qane edən variant tapmaq qeyri-mümkündür. Deməli, bunu əvvəlcədən bilən tərəflər sadəcə olaraq vaxt qazanmağa çalışırlar. ABŞ bölgəyə daha çox qüvvə cəlb etməyə çalışır, gücünü bir qədər də artırmaq istəyir. Ola bilsin ki, müəyyən müttəfiqləri də bu prosesə qoşmaq istəyir. İran isə bu vaxt ərzində müqavimətə daha yaxşı hazırlaşmağa çalışır. Hərçənd ki, İranın vaxt qazanması ona o qədər də çox şey verməyəcək. Lakin ortada olan budur ki, üfüqdə sülh görünmür, sülhə gəlmək qeyri-mümkündür.

Deməli, hərbi əməliyyatlar gözlənilmədən baş verəcək və bu gözlənilməzlik elementindən ABŞ bəhrələnərək ya Xark adasını işğal etməyə çalışacaq, ya da energetika obyektlərini insanlar ora cəlb edilmədən, insanlar orada qalxan yaratmadan məhv edəcəklər. Bu da təbiidir ki, İranın çox ağır zədə almasına gətirib çıxara bilər, bundan sonra isə prezident Tramp ABŞ-ın İran üzərində qalib gəldiyini bəyan edə biləcək.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ