şənbə günü, 26 sentyabr 2026
     

“Böyük Yaxın Şərq” ideyasının mahiyyəti və ABŞ-ın siyasəti

Image


2003-cü ilin noyabrında ABŞ prezidenti Corc Buş “Böyük Yaxın Şərq” ideyasını irəli sürdü. Böyük Yaxın Şərq dedikdə qərbdə Mərakeşdən, şərqdə Pakistana qədər, şimalda Türkiyədən, cənubda Sudana qədər ərazi nəzərdə tutulur. 2004-cü ilin iyununda Si-Aylenddə keçirilən “böyük 8-liyin” (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Birləşmiş Krallıq və ABŞ) görüşündə ABŞ bu ideyanı dəstəkləməyi təklif etdi. ABŞ-ın bu təşəbbüsü Yaxın Şərq regionunda “demokratiyanı dəstəkləyən ocaqlar” yaratmaq istəyi və demokratiyanı yaymaq pərdəsi altında ərəb dünyasını parçalamaq cəhdi ilə bağlı idi. Lakin demokratik islahatları xariclə əlaqələndirmək olmaz, demokratiyanı kənardan gətirmək mümkün deyildir.

ABŞ-ın “ərəb baharı” siyasəti və həmçinin İsrail ilə birlikdə 2026-cı ildə İrana hücumu “Böyük Yaxın Şərq” ideyası ilə bağlıdır. “Böyük Yaxın Şərq”ə Mərakeş, Əlcəzair, Tunis, Liviya, Sudan, Misirin daxil olduğu Şimali Afrika, Türkiyə, Suriya, Fələstin, İsrail, Livan, İordaniya, İraq, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Yəmənin daxil olduğu Yaxın Şərq, İran və ətrafı, Pakistan, Əfqanıstanın daxil olduğu Cənubi Asiya daxildir. Bölgədə ABŞ-ın siyasətinə tabe olmayan dövlətlər və ABŞ hərbi bazalarının yerləşdiyi və dolayısı ilə ABŞ-ın siyasətinə uyğunlaşan dövlətlər var. İkincilər Fars körfəzinin ərəb ölkələridir. ABŞ bu bölgədə onun siyasətinə uyğun fəaliyyət göstərən dövlətləri deyil, müstəqil siyasət aparan dövlətləri hədəf alıb. 2001-ci il 11 sentyabr terror aktından sonra ABŞ Əfqanıstana hücum etdi, Taliban rejimi devrildi, ABŞ 20 il ölkədə hərbi mövcudluğunu saxladı. 2003-cü ilin martında İraqın “azadlığı” əməliyyatına başlayan ABŞ Səddam Hüseyn rejimini devirdi. Müxtəlif təbəqələrin, xüsusən də tələbələrin xarici və daxili siyasətdən narazılıqlarından, ölkə daxilində müxalifət qüvvələrindən istifadə edən və onları maliyyələşdirən ABŞ demokratiyanı yaymaq pərdəsi altında Misirin daxili işlərinə müdaxilə edərək, 2011-ci ildə Hüsnü Mübarək rejimini devirdi. 34 il müddətində Yəməni idarə edən Əli Abdulla Saleh rejiminin devrilməsi barədə Almaniyanın xahişi ilə BMT Təhlükəsizlik Şurası iclas çağırsa da, Rusiya və Çin Yəmənə dair qətnaməni dəstəkləmədi. Bununla belə, ABŞ tərəfindən maliyyələşən müxalifətçilərlə iqtidarın qarşıdurması nəticəsində yüzlərlə insan, öldürüldü. 2011-ci il xalq etirazlarından (Yəmən inqilabı) sonra 2012-ci ildə Əli Abdulla Saleh hakimiyyəti tərk etdi. ABŞ Liviyanın, İraqın, son zamanlar isə İranın daxili işlərinə açıq hərbi müdaxilə etdi. Liviyada əməliyyatlar 2011-ci il 11 mart tarixdən başlamış, həmin il oktyabrın 20-də Muəmmar Qəddafinin öldürülməsi ilə başa çatmışdır.

ABŞ diplomatı Henri Kissincerin fikrincə, heç bir region Amerika üçün Fars körfəzi qədər problem yaratmır: ”Dünyanın bu hissəsində demokratik ölkə yoxdur. ABŞ və inkişaf etmiş digər demokratik dövlətlər bu regionda bizə düşmən olan rejimin dominantlığına yol verməməyə çalışırlar.” “İnkişaf etmiş ölkələrin iqtisadiyyatı Fars körfəzinin energetika ehtiyatlarından asılıdır və orada vəziyyətin kəskinləşməsi Şimali Afrikadan Mərkəzi Asiyayadək və Hindistana qədər ərazilərə təsir edir. Körfəzdə ən təhlükəli dövlət İran hesab edilir”. İranı neytrallaşdırmaq üçün ABŞ ilk növbədə ərəb dövlətlərində hərbi bazalarını qurmaqla möhkəmləndi. Səudiyyə Ərəbistanında, Bəhreyndə, Qətərdə, Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində, İordaniyada, İraqda, Suriyada ABŞ-ın hərbi bazaları var. ABŞ terrorla mübarizə adı altında bölgəyə daim müdaxilə etmişdir. Hərbi bazalarının yerləşdiyi və müttəfiq olduğu dövlətlər vasitəsilə ABŞ müstəqil siyasət yeridən digər dövlətlərə təsir etməyə çalışır. Yaxın və Orta Şərqdə ən yaxın müttəfiq olan ABŞ və İsrail bölgədə ən təhlükəli dövlət İranı hesab edirlər. ABŞ özünün və hətta İsrailin nüvə dövləti olmasına baxmayaraq, İrana qarşı nüvə proqramını ləğv etmək iddiasını irəli sürür. Bu məqsədlə ABŞ ilk növbədə, İrana qarşı sanksiyalar tətbiq etsə də, sonrakı mərhələ hərbi müdaxilə ilə nəticələndi.

Türkiyə hərbi potensialına, ordu gücünə görə aparıcı, müstəqil sözünü deyən, ədaləti və güclü ordusu ilə nüfuz qazanan bir dövlətdir, balansı saxlayır. Həm NATO-nun üzvüdür, həm də Rusiya kimi anti-NATO dövləti ilə münasibətləri müsbət istiqamətdə saxlaya bilir. Pakistan da öz ordusuna, əhalisinin sayına görə aparıcı dövlətdir. Əfqanıstanla münasibətlərdə soyuqluq Pakistanın da hərbi müdaxiləsinə səbəb olur, bu da bölgədə güclü, Türkiyə ilə müttəfiq olan Pakistan kimi dövlətin zəifləməsinə yönəldilmiş bir vasitədir.

ABŞ və Böyük Britaniya İran neftini həmişə mənimsəməyə çalışmışlar. 1953-cü ildə ABŞ və Böyük Britaniya demokratik yolla seçilmiş İranın baş naziri Məhəmməd Musəddiqi devirdilər. Məhəmməd Musəddiq Böyük Britaniyanın nəzarəti altında olan İran neftinin milliləşdirilməsi məsələsini irəli sürürdü ki, Böyük Britaniya bununla razılaşmırdı. Neft şirkətinin milliləşdirməsinə cavab olaraq Britaniyanın Kral Dəniz Qüvvələri İran üçün həyati əhəmiyyətli Abadan neft limanını blokadaya aldı, paralel olaraq London hökuməti İrana qarşı sanksiyalar tətbiq etdi. Məhəmməd Musəddiq Britaniya ilə əməkdaşlıq təklif etsə də, London neftin qazancının yarısını da olsa, İrana verməkdən qəti şəkildə imtina etdi. ABŞ Məhəmməd Musəddiqin SSRİ ilə yaxınlaşmasından ehtiyyat edirdi. Halbuki Məhəmməd Müsəddiq Sovet İttifaqına İranın şimalında neft çıxarmaq və axtarış hüququnun tanınmasına qarşı idi. ABŞ və Böyük Britaniya İran daxilində etirazlar təşkil etdilər, təşviqatdan istifadə etdilər, ordu daxilində çevriliş edildi. İraqa qaçan Şah Məhəmməd Rza Pəhləvi ABŞ-ın dəstəyilə hakimiyyətə qayıtdı və Qərbə yaxın siyasət apardı. 1979-cu il İran İslam İnqilabından sonra ABŞ-la münasibətlər mənfi istiqamətə yönəldi. 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsi zamanı ABŞ dolayısı ilə İraqı dəstəklədi. ABŞ-ın 2020-ci ildə İraqda Bağdad beynəlxalq hava limanına endirdiyi dron zərbəsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kudüs Gücü komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasında gərginlik artdı. ABŞ və İsrail dünyəvi, Qərbyönümlü dövlətlər olaraq İranın islam dövləti olmasını, “molla rejimi”ni qəbul etmədiklərini bildirsələr də, əslində məqsəd İranın müstəqil siyasət yeritməsinin qarşısını almaq, ABŞ-ın isə neft və qazla zəngin olan İranda özünün təyin edəcəyi və ABŞ-a xidmət edəcək hökumətin yaradılmasıdır.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ