şənbə günü, 26 sentyabr 2026
     

İran ABŞ-ı "ağlasığmaz" görünən şərtlərlə atəşkəsə məcbur etdi...

Image


Azad İsazadə: "Bu müharibə İranda hərbi çevrilişlə nəticələndi"

Hazırkı məlumata görə ABŞ, İsrail və İran arasında müvəqqəti atəşkəs razılaşdırılıb. Bu atəşkəs təxminən iki həftəlikdir və əsas məqsəd vəziyyəti gərginlikdən çıxarmaq və danışıqlara vaxt qazanmaqdır.

Amma bu, müharibənin tam bitməsi demək deyil. Tərəflər hələ də ehtiyatlı davranır və bəzi bölgələrdə vəziyyət tam sabit deyil. İran da bildirib ki, bu sadəcə fasilədir, münaqişə hələ yekunlaşmayıb.

Yəni qısaca desək, döyüşlər müvəqqəti dayandırılıb, amma vəziyyət hələ də qeyri-müəyyəndir və hər şey danışıqların nəticəsindən asılıdır.

Mövcud məlumata görə, bu atəşkəs əsasən ABŞ-ın təşəbbüsü ilə irəli sürülüb və vasitəçilər (xüsusilə regiondakı bəzi ölkələr) vasitəsilə İran tərəfinə çatdırılıb. İsrail də bu razılaşmanı dəstəkləyib, amma bütün detallar tam açıqlanmayıb.

Şərtlər açıq şəkildə tam yayımlanmasa da, əsas məqamlar bunlardır: tərəflər müəyyən müddət ərzində (təxminən iki həftə) birbaşa hərbi əməliyyatları dayandırır, xüsusilə raket və hava zərbələri dayandırılır. Hörmüz boğazında gərginliyin azaldılması və gəmiçiliyin təhlükəsizliyinin təmin olunması da əsas şərtlərdən biridir. Bu müddətdə tərəflər daha geniş və uzunmüddətli razılaşma üçün danışıqlar aparmalıdır.

Eyni zamanda bəzi məhdudiyyətlər də var. Bu atəşkəs bütün bölgələrə tam şamil olunmur və bəzi əməliyyatlar (məsələn, dolayı və ya başqa cəbhələrdə olan fəaliyyətlər) istisna ola bilər. Ona görə də vəziyyət tam sabit deyil.

Yəni, təşəbbüs daha çox ABŞ-dan gəlib, İran razılaşıb, İsrail isə müəyyən şərtlərlə qoşulub. Əsas məqsəd vaxt qazanmaq və daha böyük razılaşmaya nail olmaqdır.

Hərbi ekspert Azəd İsazadənin fikrincə, bu qarşıdurmada qələbədən söhbət gedə bilməz, amma bu qarşıdurmada ən çox üstünlük qazanan İsraildir. Onun sözlərinə görə, İsrail ABŞ-a arxalanaraq İranın hərbi potensialını kifayət qədər zəiflətdi - istər raket sənayesini, istərsə də SEPAH-ın qərargahlarını və generallarını sıradan çıxardı. Ekspertin fikrincə, İsrail başa düşdü ki, müharibədə İrana qalib gələ bilməyəcək, sadəcə öz təhlükəsizliyini təmin etmək üçün İranın hərbi potensialına maksimum zərbə vura bildi.

İsazadə hesab edir ki, bu müharibədə bəhrələnənlər sırasında ikinci yerdə, İsraildən sonra İran gəlir: “İran nə qədər zərbələrə məruz qalsa da, hakimiyyəti əldə saxlaya bildi, qoşunlar üzərində idarəetməni itirmədi - şaquli idarəetməni üfiqi idarəetmə ilə əvəzləməklə müqavimət göstərə və ona təhlükə yaradan ölkələrə cavab zərbəsi endirə bildi. İran Körfəzdəki ərəb monarxiyalarında yerləşən ABŞ bazalarına ciddi zərbələr endirdi.”

"Nə qədər təəccüblü olsa da, öz hərbi potensialını nümayiş etdirən ABŞ reallıqda hələlik heç nə əldə edə bilməyib. Neft daşınması marşrutları İranın nəzarəti altında qaldı, uran layihəsinə nə qədər zərbə dəysə də, ciddi itkilər verilsə də, hakimiyyət vahidliyini qoruyub saxlaya bildi. Hətta müharibədən əvvəl İrana mollalar rəhbərlik edirdisə, indi hakimiyyət SEPAH generallarının əlinə keçib. Demək olar ki, bu müharibə İranda hərbi çevrilişlə nəticələndi.

Eyni zamanda, bu müharibə nəticəsində ABŞ ciddi nüfuz itkisinə məruz qaldı. Avropa Amerikaya dəstək vermədi, hətta bəzi hallarda mane oldu.

Müharibəyə qədər ABŞ bazalarına malik olan ərəb ölkələri hesab edirdi ki, bu bazalar onların təhlükəsizliyinin zəmanətidir. Reallıqlar isə göstərdi ki, ABŞ bazaları yerləşən ölkələr daha çox təhlükəyə məruz qaldı, nəinki belə bazalara malik olmayan ölkələr. İstisna etmirəm ki, gələcəkdə bazalara malik olan ölkələr ABŞ bazalarını öz ərazilərindən uzaqlaşdırmağa çalışacaqlar" - deyə ekspert vurğuladı.

Şərhçinin fikrincə, belə bir şəraitdə Yaxın Şərqdə təhlükəsizlik boşluğu uzun müddət belə qala bilməz: "Hesab edirəm ki, bu təhlükəsizliyi Yaxın Şərqdə Türkiyə və Pakistan öz üzərinə götürə bilər. Bu iki ölkə nümayiş etdirdi ki, regionda yalnız bu cütlük İrana təzyiq göstərə bilər. Onlar müharibəyə qoşulmadı, amma danışıqlarda çox fəal iştirak etdilər. İstisna etmirəm ki, gələcəkdə regionun təhlükəsizliyini təmin edən məhz bu iki ölkə olacaq.

Hesab edirəm ki, son olaylarda Trampın əsas səhvi ABŞ-ın əzəli rəqibi Çinin qarşısında öz zəifliyini göstərməsi oldu. "İrana özünə tabe edə bilməyən ABŞ Çinə nə edə bilər?” sualı ortadadır. Bu baxımdan, müharibədə iştirak etməsə də, ondan duvident götürən ölkələrdən biri də Çin oldu. Çinin iki rəqibi - ABŞ və Rusiya - özlərindən zəif hesab edilən ölkələrdə heç nəyə nail ola bilmədi. Nə Rusiya Ukraynada, nə də ABŞ İranda uğur qazana bildi. Hər iki halda müharibədə iştirak etməyən, heç bir itki verməyən Çin siyasi xal qazandı".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ