ABŞ qırıcı təyyarələri Türkiyənin İncirlik hərbi hava bazasından ilk uçuşlara başlayıb. Baki-xeber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən Türkiyədən qalxan təyyarələrin Suriyada İŞİD mövqelərini bombaladığını açıqlayıb.
Ancaq maraqlıdır ki, Ankara Pentaqonun məlumatını təkzib edir. Xarici işlər naziri Mövlud Çavuşoğlu uçuşların kəşf məqsədli uçuşlar olduğunu bildirib: "İncirlikdən dünən qalxan ABŞ təyyarələri hər hansı bir əməliyyata qatılmadı, kəşf uçuşları keçirirlər".
Baki-xeber.com xəbər verir ki, bir neçə gün əvvəl Türkiyənin İncirlik hərbi hava bazasından qalxan ABŞ pilotsuz təyyarələri Suriyaya hava zərbələri endirmişdi.