ABŞ-ın Missouri əyalətindəki Fergusonda Mixael Broun adlı silahsız zənci gəncin ağ bir polis tərəfindən öldürülməsinin birinci ildönümündə yaşanan hadisələrə görə fövqəladə vəziyyət elan edilib.
Baki-xeber.com xəbər verir ki, etirazlarda Brounun yoldaşı Tyrone Harris adlı 18 yaşlı zənci polis tərəfindən vurulub. Harris bazar axşamı şəhərdə polislə nümayişçilər arasında yaşanan qarşıdurmada ağır yaralanıb və xəstəxanaya qaldırılıb.
Prokurorluğun Harrisə polislərə hücum da daxil 10 ayrı maddə ilə iş qaldırmasının ardından Fergusonda qarşıdurmalar daha da böyüyüb. Aralarında insan haqları müdafiəçilərinin də olduğu 23 nəfər saxlanıb.