Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər arasında qeni konstitusiya, siyasi partiyalar qanununda dəyişiklik, seçki baryerinin salınması, məhkəmə islahatı, açılımlar və demokratikləşmə kimi mövzularda razılaşıblar. Ancaq Suriya və Misir başda olmaqla, təhsildə fərqli model tələbi, prezident seçki sistemi və iqtisadiyyat mövzusundakı anlaşılmazlıqlar davam edir.
"Reuters”ə açıqlama verən adı açıqlanmayan CHP səlahiyyətlilərindən biri isə koalisiya qurulması mövzusunda partiyanın gözləntilərinin yüksək olmadığını və erkən seçkiyə hazırlandığını iddia edib.