Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorlar Zəkəriyyə Öz və Cəlal Qaranın ölkəyə qayıtmasını tələb etdi. Trend bu barədə "TRT Haber” telekanalına istinadən məlumat verir.
R.T.Ərdoğan bildirib ki, Ermənistanda gizlənən Z.Öz və C.Qara gec-tez öz əməllərinə görə cavab verəcəklər.
Baki-xeber.com xəbər verir ki, Ərdoğan bir vaxtlar mərhəmətsiz qərar verənlərin Gürcüstan vasitəsilə Ermənistana qaçdıqlarını bildirb: "Oradan da kim bilir hara qaçacaqdır o ayrı məsələdir. Təbii ki, Türkiyə olaraq bizlər də bunula bağlı işimizi görürük. Bunlarla əlaqədar qırmızı bülletenlər və s... Bir qismi Rumıniyada tutuldu bilirsiniz. Bunlar da bir yerlərdə şübhəsiz ki tutulacaq və yaxa paça buraya gəlib etdiklərinin hesabını tez ya gec verəcəklər".
Onu da qeyd edək ki, Zəkəriyyə Öz və Cəlal Qara daha çox Gülən hərəkatının prokurorluqdakı adamları kimi tanınır.