Rusiya təhlükəsizlik qüvvələrinin avqustun 10-da Şimali Qafqazda başlatdığı antiterror əməliyyatı davam edir. Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Dağıstanda İŞİD yaraqlılarına qarşı keçirilən xüsusi bir əməliyyatda "Qafqaz Əmirliyi” təşkilatının lideri Məhəmməd Süleymanov öldürülüb.
"RİA Novosti” mənbələrə istinadən xəbər verir ki, may ayında İŞİD-ə bağlandığını açıqlayan "Qafqaz Əmirliyi” təşkilatının lideri Məhəmməd Süleymanov əməliyyat zamanı öldürülüb. Süleymanovun yanında "Dağıstan əmiri” Kamil Saidov və Dağıstan dağ təşkilatının lideri Abdullah Abdullayev də zərərsizləşdirilib. Bir təhlükəsizlik əməkdaşı isə yaralanıb.
Süleymanov may ayından "Qafqaz Əmirliyi”nin liderliyini edirdi. Təşkilatın lideri Doku Umarov Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldükdən sonra yerinə 2014-ci ilin əvvəlində Ali Ashab Kebekov keçmişdi. Kebekov da 2015-ci ilin aprelində öldürüləndən sonra onun yerinə Süleymanov keçmişdi.