Türkiyə ordusu Suriyaya girib. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Suriyada İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan səkkiz ayrı qrupun birləşdiyi "İnqilab Ordusu”nun sözçüsü Əhməd Hisso çıxış edib.
Onun sözlərinə görə, 600-ə yaxın türk əsgəri Azad Suriya Ordusuna (ASO) bağlı Sultan Murad Briqadasının əsgərləri adı ilə Suriyaya girib.
4.500 nəfərlik silahlı qrupun sözçüsü Əhməd Hisso türk əsgərlərinin avqustun 10-da axşam saatlarında Babel Salam sərhəd keçid məntəqəsindən Suriyaya girdiyini bildirib: "600-ə qədər türk hərbçisi Suriyanın Azez şəhərinə girdi. 600 əsgər ağır silahlarla birlikdə gəlib. Onların Azez ətrafında yerləşdirilməsi barədə məlumatlar alırıq. Onlar Azezin şərqində 9 kilometr aralıda, əsasən türkmənlərin yaşadığı, Kfir Ghan və Dalha kəndlərində yerləşdirilib".
Hisso "Türk əsgərinin Suriyaya girdiyinə dair dəliliniz var mı?" sualına isə "Biz İnqilab Ordusu olaraq Azezə yaxınıq... Azezdə olan tərəfdarlarımız, bizə bu məlumatı veriblər" deyə bildirib.