PKK lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan təşkilatın illik gəlirini açıqlayıb. Öcalanın sözlərinə görə, PKK-nın illik gəliri 50 milyon dollara çatır.
Baki-xeber.com xəbər verir ki, Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) İŞİD-lə döyüşlərlə birlikdə, son bir il içində PKK-ya 20 milyon dollar verdiyini deyən Öcalan qeyd edib ki, bunun qarşılığında PKK da KYB-yə siyasi dəstək verir.
Öcalan təşkilatın narkotik ticarətilə məşğul olmadığını iddia edir. Ancaq o sonradan dolayısı ilə öz açıqlamasını təkzib edir. Belə ki, Öcalan Rusiya və Ermənistanda narkotik ticarətilə məşğul olan kürdlərin də gəlir qaynağı olduğunu və onlardan vergi alındığını deyir.
Öcalan Cəmil Bayıkın qardaşı Mustafa Bayıkın PKK-nın maliyyə işlərindən məsul şəxsi olduğunu bildirib.