ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Barak Obamadan Rusiyaya qarşı daha sərt addımlar atmağı tələb edir. Baki-xeber.com xəbər verir ki, Amerikanın "The Daily Beast” saytı Pentaqonun Obamanın Rusiya ilə bağlı siyasətdə çox qorxaq davrandığını və daha qərarlı addımlar atmağı tələb etdiyini yazır.
Ordu rəsmilərinin nüvə silahlarını modernləşdirən, kiber hücumları artıran və Şərqi Avropada problemlər yaradan Rusiya ilə əlaqədar həyəcan təbili çaldığını yazan "The Daily Beast”, Pentaqon nümayəndələrinin Ağ Evin Rusiyanı "əsas təhdid” kimi qəbul etməməsindən narahat olduqlarını bildirir.