Cümə axşamı günü, 06 avqust 2026
     

"Arsaxdan sonra hədəf Mehri və Zəngəzurdur" - İsveçrədə muzdlu erməni əlaltıları susmur...

Image


Erməni mediasında yayımlanan və guya şveytsariyalı deputat Erich Vontobelin “Artsaxdakı hüquqlardan imtina edildiyi təqdirdə Azərbaycanın gələcəkdə Mehri və Zəngəzura iddia edə biləcəyi” barədə səsləndirdiyi fikirlər ilk baxışdan siyasi narahatlıq kimi təqdim edilsə də, mahiyyət etibarilə reallıqlardan uzaq, manipulyativ və qərəzli yanaşmanın növbəti təzahürüdür. Bu cür açıqlamalar nə beynəlxalq hüquqa, nə tarixi faktlara, nə də regionda formalaşmış yeni geosiyasi vəziyyətə uyğun gəlir. Bu erməni diasporunun növbəti muzdlu nökərlərindən birinin fikridir. Daxildə isə bu fikri tirajlamaqda Rusiyanı dəstəkləyən revanşistlər maraqlıdır.

Əvvəla xatırlatmaq lazımdır ki, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in, dolayısıyla Azərbaycanın ayrılmaz tərkib hissəsi idi. Bu fakt nə mübahisəlidir, nə də şərhə açıqdır. 1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Rusiyanın birbaşa və dolayı dəstəyi ilə Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal etməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri bu işğalı açıq şəkildə təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu sənədlər hələ də qüvvədədir və heç vaxt ləğv olunmayıb.

Belə olan halda İsveçrə Federal Məclisinin Milli Şurasının üzvü olan, uzun illər kanton və federal səviyyədə siyasətlə məşğul olmuş Erich Vontobelin bu qətnamələrdən, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarından xəbərsiz olması mümkün deyil. Deməli, burada söhbət məlumatsızlıqdan yox, şüurlu siyasi mövqedən gedir. Bu mövqenin isə obyektivliklə və ya “insan hüquqlarının müdafiəsi” ilə əlaqəsi son dərəcə şübhəlidir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində BMT tərəfindən tanınmış ərazilərini işğaldan azad etdi. Bu proses beynəlxalq hüququn özünümüdafiə prinsipinə tam uyğun idi. Azərbaycan ordusu hərbi, siyasi və mənəvi üstünlüyə malik olduğu halda əməliyyatları Ermənistan ərazisinə keçirmədi və yalnız öz suveren sərhədləri daxilində hərəkət etdi. Hətta müharibə zamanı Azərbaycan İrəvana qədər irəliləmək imkanına malik olsa da, bunu etmədi və humanizm, eləcə də beynəlxalq məsuliyyət nümayiş etdirdi. Ermənistan isə kapitulyasiya aktına imza ataraq qalan əraziləri döyüşsüz tərk etməyi öhdəsinə götürdü. Bu gün rəsmi İrəvan da Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu açıq şəkildə etiraf edir.

Bu reallıqlar fonunda Vontobelin Azərbaycanın guya gələcəkdə Mehri və Zəngəzura iddia edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər əsassız qorxu yaratmaqdan və erməni cəmiyyətində revanşist ovqatı diri saxlamaqdan başqa bir məqsədə xidmət etmir. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış başqa dövlətlərin ərazilərinə iddia etməyib və hazırda əsas hədəfi regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasıdır. Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması Bakı üçün prioritet istiqamətlərdir.

"Christian Solidarity International" təşkilatının rəhbəri Con Aibnerin “hüquqların pozulması” ilə bağlı açıqlamaları da eyni selektiv yanaşmanın tərkib hissəsidir. Otuz il ərzində bir milyona yaxın azərbaycanlının doğma yurdundan didərgin salınması, Xocalı və digər onlarla kəndlərimizin soyqırıma nəruz qalması, mədəni və dini irsin məhv edilməsi bu dairələr tərəfindən ya görməzdən gəlinib, ya da bilərəkdən susqunluqla qarşılanıb. İnsan hüquqları anlayışının yalnız bir tərəfə tətbiq edilməsi isə bu anlayışın özünü dəyərsizləşdirir.

Sual yaranır: İsveçrənin və ya ayrı-ayrı isveçrəli deputatların Cənubi Qafqaz münaqişəsində bu cür birtərəfli mövqe sərgiləməkdə marağı nədir? Cavab böyük ehtimalla daxili siyasi dividentlər, müəyyən diaspor qruplarının təsiri və ya “humanitar narahatlıq” adı altında geosiyasi təsir imkanları əldə etmək cəhdləridir. Lakin bu cür yanaşmalar nə sülhə xidmət edir, nə də regionda etimadın formalaşmasına töhfə verir.

Erməni mediasında bu tip açıqlamaların tirajlanması isə ilk növbədə Ermənistan cəmiyyətinin özünə ziyan vurur. Reallıqlarla barışmaq, qonşularla normal münasibətlər qurmaq əvəzinə, xarici siyasətçilərin populist və qərəzli bəyanatlarına ümid bağlamaq Ermənistanı daha da dalana aparır. Bu baxımdan belə çıxışlar erməni icmasının maraqlarına yox, əksinə, onun gələcək inkişaf perspektivlərinə qarşı yönəlmiş addımlar kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə, Erich Vontobel kimi siyasətçilərin səsləndirdiyi iddialar nə tarixi faktlara, nə beynəlxalq hüquqa, nə də regionda yaranmış yeni reallıqlara uyğun deyil. Bu cür muzdlu bəyanatlar sülh prosesini əngəlləməkdən başqa bir nəticə vermir və obyektiv müşahidəçi üçün açıq şəkildə siyasi qərəzin nümunəsi kimi görünür.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

06.08.2026 / 12:12
Gürcüstandan İrana narkotik aparan maşın “Mazımqara” postunda saxlandı...

06.08.2026 / 11:56
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərdi

06.08.2026 / 11:42
Valideynlərdən biri məcburi köçkün olmayan şəxslərə vahid aylıq müavinət verilmir – RƏSMİ

06.08.2026 / 11:25
Ceyhun Bayramovla Andriy Sibiha arasında təkbətək görüş keçirilir

06.08.2026 / 11:10
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir...

06.08.2026 / 10:44
DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verildi

06.08.2026 / 10:07
Azərbaycan nefti ucuzlaşdı - 91 dollar...

06.08.2026 / 09:47
Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı...

06.08.2026 / 08:07
ABŞ-ın sursat ehtiyatı tükənir? - Tramp Heqsetdən izahat tələb etdi

05.08.2026 / 23:19
Özgür Özəlin də həbsinə qərar verildi

05.08.2026 / 23:00
Ukraynanın Rusiyaya əks-zərbələri artır… Deputat Putinə çağırış etdi - ciddi təhlükə altındayıq…

05.08.2026 / 22:06
Zəngəzur dəhlizində iş başlamadan Tramp maliyyəni 2 dəfə artırdı - maraqlı deyil?...

05.08.2026 / 21:44
Rusiya Ermənistan məhsullarına idxal qadağasını bir az da böyütdü...

05.08.2026 / 21:27
Hökumətin “hüquq üzrə doktorantura” qərarı mübahisələrə yol açıb...

05.08.2026 / 21:10
Türkmənistan nəyə “sevinir”, dünyada beynəlxalq hüququ sayan var?!

05.08.2026 / 20:57
İrandan Azərbaycana bahalıq gəlir - proses başlayıb...

05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...

05.08.2026 / 20:26
Ermənistanın yeni Konstitusiyası üzərində iş başladı...

05.08.2026 / 20:10
Rayon teatrlarında direktorlar və müavinlər seçilir, ya təyin edilir...

05.08.2026 / 19:55
İran Cənubi Qafqazda yenə Ermənistana “stavka” edir... Kifayət deyil?

05.08.2026 / 19:25
ABŞ-a qarşı İran-Rusiya-Çin-Şimali Koreya oxu - Avropa da Vaşinqtondan üz döndərib

05.08.2026 / 19:15
Səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlandı...

05.08.2026 / 19:02
Avropa "yezidin cəngində"- çaylarında su quruyur, isti dalğalar canlıları yandırır...

05.08.2026 / 18:45
Ceyhun Bayramov və Hikmət Hacıyevin açıqlamalarına Ermənistandan reaksiyalar gəldi...

05.08.2026 / 18:30
Ermənistanın KTMT-dən qovulma prosesini başlada bilmirlər...

05.08.2026 / 18:17
ABŞ-İran münaqişəsi həm diplomatiyada, həm də hərbdə dalana dirənib...

05.08.2026 / 18:04
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda göndərəcək

05.08.2026 / 17:46
Rusiyada dron zavodunun rəhbərinə sui-qəsd cəhdi - Tkaçukun avtomobili partladıldı - FOTO

05.08.2026 / 17:31
Rusiya Aerokosmik Qüvvələri komandanının kürəkəni Moskvada öldürüldü…

05.08.2026 / 16:46
Tramp Zelenskiyə “Patriot” vədindən imtina etdi - Kiyev Rusiya raketləri qarşısında müdafiəsiz qaldı…

05.08.2026 / 16:30
Ukrayna Ufada sənaye zonasını vurdu…

05.08.2026 / 16:18
AB dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı..

05.08.2026 / 16:07
Azərbaycanlı bloger Rusiya hakimiyyətinin qəzəbinə niyə tuş gəldi?..

05.08.2026 / 15:52
NATO və Rusiyanın dəniz müharibələri başlaya bilər - Almaniya sularına hərbi gəmilər gətirilir...

05.08.2026 / 15:30
ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə etdi

05.08.2026 / 15:11
Rusiya ilə Avropa ölkələri arasında daha bir gizli görüşün üstü açıldı – Bakıdan sonra Vyana…

05.08.2026 / 15:02
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı - DIN və Ədliyyədən birgə əməliyyat...

05.08.2026 / 14:47
20 milyard dollara sahib rus oliqarx Putini "islahatla aşırmağın" sxemini çəkdi...

05.08.2026 / 14:35
ATƏT ərazilərimizin işğalına necə laqeyd idisə, minaların təmizlənməsinə də elə baxır...

05.08.2026 / 14:30
ABŞ-la İran arasında son 48 saat – ya Hörmüz boğazı açılacaq, ya da...

05.08.2026 / 14:15
Musiqi terapevti soydaşımızdan Türkiyədə unudulmaz sənət gecəsi...

05.08.2026 / 13:52
Qadağan olunmuş Ermənistan məhsulları İran məhsulu adı ilə Rusiyaya daşınır... - Astarada SAXTA SƏNƏD ƏMƏLİYYATI…

05.08.2026 / 13:26
Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdi

05.08.2026 / 13:12
Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı ilə bağlı dəyişikliklər təsdiqləndi

05.08.2026 / 12:59
İrandan Britaniyaya ərzaq adı ilə 4 kq-dan çox tiryək aparan maşın “Şahtaxtı” postunda ilişdi...

05.08.2026 / 12:44
Tel-Əviv merinin müavini Mamdanini boks rinqinə dəvət etdi - qaçacaq yerin yoxdur, vaxt gəldi, sən və mən…

05.08.2026 / 12:29
Neft dəhlizində yeni böhran… Tehrandan ittiham - Trampın təhdidləri Omanla razılaşmaya mane olur…

05.08.2026 / 12:10
Pakistan səfiri Kəşmir məsələsində dəstəyə görə Azərbaycana təşəkkür etdi

05.08.2026 / 11:48
"Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq" - MÜTDA

05.08.2026 / 11:32
Türk əsilli tədqiqatçıdan Nyu-York Universitetinin professoruna tutarlı cavab - Vardanyanın cinayətlərini bir-bir sadaladı...

05.08.2026 / 11:17
Axtarışda olan 104 nəfər saxlandı

05.08.2026 / 10:55
DYP sürücülərə müraciət etdi - ara məsafəsini qoruyun...

05.08.2026 / 10:41
Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirdi

05.08.2026 / 09:53
Ukrayna Wildberries-in Tuladakı çeşidləmə mərkəzini vurdu…

05.08.2026 / 09:26
Rusiya Kiyevə raket yağdırdı – çox sayda ölü və yaralı var…

05.08.2026 / 07:23
Trampa qarşı yeni sui-qəsd cəhdi?..

04.08.2026 / 23:07
Yəmən sahillərində Hindistan gəmisi vurularaq batırıldı...

04.08.2026 / 22:28
Ukrayna Rusiyada insanlarla dolu çimərliyi vurdu - azı 7 ölü, 40 yaralı… - VİDEO

04.08.2026 / 22:10
Avropadan Ermənistana ilk “ərkyana zərbə” - İndi buyur afrikalı miqrantları qucaqla”...

04.08.2026 / 21:52
İrandan Hörmüzlə bağlı son dəqiqə açıqlaması – ABŞ müdaxiləsi etməsə razılığa gələ bilərik...

04.08.2026 / 21:36
Gürcüstan Avropanın anti-Rusiya tələblərinə əyilməyə başladı - Kulevi bağlanır...

04.08.2026 / 21:10
Paşinyan antirus siyasətçilərin bir hissəsini “ehtiyat səngərlərə” çəkir...

04.08.2026 / 20:47
Xarici sərmayiçilər kinomuza 12 milyon dolları necə yatırıb?...

04.08.2026 / 20:21
Tramp Venesuelanı ABŞ-a qatdı - BMT maymaqcasına susdu...

04.08.2026 / 20:03
ABŞ Ukraynanın Rusiya dərinliklərinə zərbələrini dəstəklədi - “araşdırırıq”...

04.08.2026 / 19:36
İran boğazda vurulan gəmilərin ABŞ üçün silah daşıdığını iddia etdi...

04.08.2026 / 19:17
ABŞ-ın 25 ştatı Trampa qarşı üsyana qalxdı – administrasiya məhkəməyə verildi...

04.08.2026 / 18:50
Trampın Zelenskiyə verdiyi “Patriot” sözünü ora-bura dartırlar - İlin sonunadək olmayacaq...

04.08.2026 / 18:33
Rusiya Ermənistanda istehsalı olan 70 mindən çox suyun satışını qadağan etdi...

04.08.2026 / 18:15
“İran xalqı İsrailə hörmətlə yanaşır” - Netanyahunun yeni tezisi...

04.08.2026 / 17:32
İtaliya Ermənistanda miqrasiya mərkəzləri yaratmağı təklif edir...

04.08.2026 / 17:20
İran prezidenti istefası ilə bağlı şayiələri təkzib etdi...

04.08.2026 / 17:17
“ƏBƏDİ BİRLİK – 5 İL: BİRLİKDƏN GƏLƏCƏYƏ” Yubiley tədbiri keçirildi

04.08.2026 / 17:10
Britaniya tarixində ilk konstitusiya qəbul edilir - Kral ailəsinin 500 illik hegemonluğuna son qoyula bilər...

04.08.2026 / 17:05
Hörmüz düyünü çözülür - ABŞ və İran bu gün və ya sabah razılaşma əldə edə bilər...

04.08.2026 / 16:54
Katolikos Ermənistan parlamentinin müxalif deputatlarını başına toplayır...

04.08.2026 / 16:40
İraqda, Suriya və Livanda İranla Türkiyənin maraqları açıq toqquşmağa başlayır...

04.08.2026 / 16:27
Dövlət Komitəsi şəhid ailəsi üzvünün video müraciətinə münasibət bildirdi

04.08.2026 / 16:23
İsrail Ukraynadan Fələstinin qisasını 2-ci dəfə aldı - "Dəmir Qübbə" etirazı...

04.08.2026 / 16:12
Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarıldı

04.08.2026 / 16:04
Türkiyə Qara dənizdə gəmilərə hücumların mənfi nəticələri ilə bağlı xəbərdarlıq etdi...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ