Cümə axşamı günü, 26 noyabr 2026
     

İranla tarixi nüvə razılaşmasında üç qərbli qadının rolu...

Image


Prezident Barak Obama Konqresin İranla bağlanmış nüvə sazişini ratifikasiya etməsinə səylər göstərir. Lakin tarixi sazişin özü bu prosesdə misli görünməmiş sayda qadın diplomatın iştirakilə hasilə gəlib.

Hər hansı bir saziş əldə olunanda, tərəflər qəbul edilmiş standarta uyğun olaraq bir-birlərinin əlini sıxırlar.

Lakin iyulun 14-də Avstriyanın Vyana şəhərində İran və P5+1 qrupu arasında tarixi saziş imzalananda İran danışıqçıları qadın həmkarlarının əlini sıxa bilmədilər. Ölkənin sərt şəriət qanunları buna yol vermirdi.

Halbuki, ikisi avropalı və biri amerikalı olmaqla üç qərbli qadın İranın nüvə proqramını cilovlayacaq sazişin əldə edilməsində müstəsna rol oynamışdılar.

Danışıqların siyasi tərəfində Avropa İttifaqının baş diplomatı və İtaliyanın keçmiş xarici işlər naziri Federica Mogherini aparıcı rol oynayırdı.

O, bu postda 2014-cü ildən bəri baronessa Catherine Ashton-u əvəzləyib. Elə baronessanın özü də İranla yaxşı münasibətlərin qurulmasında əsas rollardan birini oynayıb.

Xarici işlər komissarı kimi fəaliyyətinin əvvəllərində xanım Mogherini çox tənqidlərlə üzləşirdi. Çoxları deyirdilər ki, o bu vəzifə üçün hələ çox gənc və təcrübəsizdir. Lakin həlledici anda Mogherini sərt danışıqçı reputasiyasını qazana bildi. Onunla yanaşı bu prosesdə müavini Helga Schmid də vardı. Hədsiz geniş texniki biliyə malik bu qadını həmkarları danışıqların "dayağı” və "manqa başçısı” adlandırırdılar.

Qərb diplomatları deyirlər ki, sonunda, saziş və onun 5 əlavəsinə dair danışıqalrı aparan elə xanım Schmid olub. Schmid, xanım Mogherinidən fərqli olaraq diplomatiya aləmində tanınırdı və İranla danışqıların 5 illik təcrübəsinə malik idi.

Amerikalılar üçün nəzərdə tutulmuş masada ölkə xarici işlər nazirinin ilk qadın müavini və nüvə danışqıları veteranı Wendy Sherman da əyləşmişdi. O, Klintion administrasiyasının Şimali Koreya nüvə siyasətinin memarlarından biri olmuş və 2011-ci ildən bəri İranla danışıqlarda ABŞ komandasına rəhbərlik etmişdi.

İranla danışıqlarda birdən-birə üç qadının iştirak etməsi misli görünməmiş hadisə idi. "Hətta Avropa İttifaqının özündə də belə hallar tez-tez baş vermir ki, masa arxasında kişilərdən çox qadınlar olsun” – deyib xanım Mogherini BBC-yə.

"Bu yeni bir vəziyyət idi, amma mənim şəxsi təəssüratım belədir ki, bunun işə xeyri dəydi”. O deyir ki, bəzən kişilər ümumi kursdan çıxıb tarixi xırdalıqlara varanda və ya onlar kimin prosesə daha çox töhfə verdiyi barədə mübahisəyə girişəndə, qadınlar onları çəkib bugünün reallığına qaytarırdılar.

"Masa arxasında mühüm mövqelərdə bu qədər qadının olması, bizə ümumilikdə konkret və praqmatik olmağa yardım göstərdi” – deyir xarici işlər komissarı.

Lakin İran Respublikasında qadınlarla kişilər arasında təmasları tənzimləyən sərt qaydalar var. Bu qaydaya hansı ölkədə olmalarından asılı olmayaraq bütün diplomatlar da əməl etməlidirlər. "Biz əl tuta, heç bir-birimizə toxuna da bilməzdik” – deyir Sherman. Lakin belə adətlərlə o yaxşı tanış idi.

"Mən Baltimorda, böyük mömin yəhudi icmasının yaşadığı yerdə böyümüşəm, - deyir Sherman, - Oralarda da belə adətlər var. Lakin biz əl tutmadan da bir birimizi başa düşürdük və o dərəcədə başa düşürdük ki, sonunda razılaşma əldə edə bildik”.

O deyir ki, qadınlığı onun danışıqlar otağındakı fəaliyyətinə əngəl yaratmırdı: "Mən iranlılarla qarşı-qarşıya oturanda Amerika Birləşmiş Ştatları idim və bir qadın kimi dediklərimin bəziləri kifayət qədər sərt alınmaya bilərdi. Lakin mən həqiqətən də sərt mövqe tutanda bunun böyük təsir gücü olurdu, çünki bu tamamilə gözlənilməz şəkildə ortaya çıxırdı”.

Bir il müddətində o, iranlı həmkarlarını yaxşıca tanıya bilmişdi. Onlar hətta öz ailə videolarını və məzəli əhvalatları paylaşırdılar. 

Xanım Mogherini deyir ki, o inamsızlıq barədə söz-söhbəti öz doğma regionundan da eşidirmiş: "Qərb və ya Avropa ictimaiyyətinin bir hissəsi qadınların daha böyük və mötəbər rol oynaya biləcyinə şübhə ilə yanaşırdı”.

"Bu fakt ondan xəbər verir ki, hələlik biz hətta öz cəmiyyətlərimizdə qadınların kişilər qədər və hətta bəzən daha artıq etibarlı baş danışıqçılar ola biləcəyi və ya ən yüksək siyasi vəzifələri tuta biləcəyi barədə fikirlərin təsdiqinə çalışmalı oluruq”.

Qadın liderliyinin yüksəlişinə baxmayaraq, bəzi danışıq komandalarında, qadınlar ümumiyyətlıə olmayıb. Sherman deyir ki, o hətta buna görə həmkarlarına sataşarmış da.

"Bəzi danışıq komandaları yalnız kişilərdən ibarət idi. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək” – deyib Sherman.

Təfərrüatlar barədə daha çox suallar veriləndə də, o, diplomatlığına sadiq qalıb: "Onlar kim olduqlarını bilirdilər, eşitdiklərini eşitmişdilər və bilirdilər ki, mövqelərini dəyişməli olacaqlar”.

İndi isə bütün söz-söhbət sazişin necə və nə zaman icra olunacağı barədədir. Bu proses xanımlar Mogherini və Schmidin Tehrana səbirsizliklə gözlənilən səfəri ilə başlanıb.

Bu sazişin əldə edilməsində qadınlar müstəsna rol oynayıblar. İndi isə onlardan sazişin bəhrələnməsinə verəcəkləri töhfəni gözləyirlər.

Suzanne Kianpour

BBC News,

Washington




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:46
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ