Konqresdə demokratların iki lideri İran nüvə sazişinin əleyhinə olduğunu bildirib. Bu, Prezident Barak Obamaya və onun sazişə bəslədiyi ümidlərə zərbə sayılır. Nyu Yorkdan senator Çak Şumer deyib ki, gələn ay Konqresdə keçiriləcək debatlarda sazişə "yox” deyəcək. Onun Senat demokratlarının lideri olacağı gözlənir.
"Məncə İranın yumşalmayacağı və sazişdən öz hiyləgər məqsədləri üçün istifadə edəcəyi risqi çox böyükdür” - yəhudi senator deyib. Şumer sazişin əleyhinə səs verəcəyini söyləyib.
"Aldığım cavablar sadəcə məni inandıra bilməyib ki, bu saziş nüvə silahının İranın əlinə düşməsinin qarşısını alacaq. Əksinə, İranın Yaxın Şərqdə sabitliyi pozan və destruktiv mövqeyini gücləndirə bilər”. Bunu isə Nümayəndələr Palatasından Eliot Engel bildirib.