Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu avqustun 6-da peyklə çəkilmiş fotoları göstərib. Həmin fotolarda Parçindən buldozer, konteyner tipli obyektlərin çıxarıldığı görünür. İran bunun həmin ərazidə yol tikintisi işləri ilə bağlı olduğunu deyir.
Qurum bildirir ki, fotolar İran iyulun 14-də dünya gücləri ilə yekun sazişi imzalayandan sonra çəkilib. "Fəaliyyətin bərpası İranın təmizləmə işləri aparma cəhdləri barədə narahatlıq yaradır. Ola bilsin, sonuncu dəlili də ortadan qaldırmaq istəyirlər,” qurum bildirir.