Cümə axşamı günü, 26 noyabr 2026
     

Türkiyənin Azərbaycanla sərhəd bölgələri PKK-nın hədəfləri siyahısında...

Image


Terror təşkilatı qardaş ölkənin 20 vilayətini hədəfə alıb

Başı terrorla mübarizəyə qarışan Türkiyədə həllini gözləyən vacib problemlərdən biri də parlament seçkilərindən sonra tam tərkibdə yeni hökumətin yaradılmasıdır. Real vəziyyət bu xüsusda qarşıya çıxan çətinliklərin hələ də həll olunmadığını göstərir. Elə bu səbəbdən ölkənin növbədənkənar parlament seçkilərinə getmək ehtimalı artır. Ortaq hökumət qurulması problemi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilərin keçirilməsi məsələsini siyasi gündəmə gətirib.
Xüsusən də hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cumhuriyyət Xalq Partiyası (CHP) arasında bir aya yaxın davam edən danışıqların nəticəsiz qalması deməyə əsas verir ki, ortaq hökumətin qurulması məsələsində tərəflər arasında ciddi fikir ayrılığı mövcuddur. Proseslər göstərir ki, yeni parlamentdə 80 mandatla təmsil olunan Xalqların Demokratik Partiyası (HDP) ilə terrorçu PKK arasındakı müttəfiqlik ortaq hökumətin qurulmasına ən böyük maneədir. Son günlər PKK tərəfindən Türkiyədə törədilən çoxsaylı terror aktlarının HDP tərəfindən pislənməməsi ölkənin siyasi dairələri, o cümlədən geniş ictimaiyyət tərəfindən bu partiyanı ciddi qınaq obyektinə çevirib. Hazırda Xalqların Demokratik Partiyasının PKK ilə müttəfiqliyi onun fəaliyyətində ciddi problemlər yaratmaqdadır. Bu mövzu Türkiyə prezidentinin baş müşaviri İbrahım Kalının "Daily sabah" elektron qəzetində ingilis dilində yayılmış "İŞID və PKK terroruna rədd" sərlövhəli məqaləsində də öz əksini tapıb. Məqalədə İŞID və PKK terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasının vacibliyi, bu məsələdə Avropa dövlətlərinin ikili standart siyasətinin yaratdığı təhlükə, Türkiyənin PKK ilə apardığı danışıqların terrorçu təşkilat tərəfindən pozulması, eləcə də 2013-cü ilin martından bəri PKK-nın Türkiyədə törətdiyi terror aktlarının ağır nəticələri və digər məsələlərdən bəhs olunur.
İbrahım Kalın son günlər Türkiyədə çoxlu sayda insan tələfatına və böyük maddi itkilərə səbəb olan terror aktları törətmiş PKK-nın qanlı fəaliyyətinin HDP-nin sədri Səlahaddin Dəmirtaş tərəfindən pislənməməsinə kəskin etiraz edir. Müəllif yazır ki, özünü PKK ilə müttəfiq bilən HDP müstəqil siyasət yürüdə bilmir. Odur ki, bu partiya PKK-nın terrorlarını pisləyə və ona tərksilah çağırışı edə bilməz. Bu hal HDP-nin legitimliyini iflasa aparır. Bu durumda TBMM-də təmsil olunan bütün partiyalar artıq növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu ifadə etməkdədir. Seçkilərin cari ilin noyabrına təyin olunması gözlənir. PKK-nın son addımları isə yeni seçkilərdə kürd partiyasının qələbə qazanma ehtimalını xeyli aşağı salır.
MHP lideri Dövlət Bağçalı belə bir vaxtda PKK ilə bağlı şok açıqlamalar verib. Onun sözlərinə görə, PKK Türkiyənin 20 vilayətini hədəf olaraq seçib. Terror təşkilatının hədəf seçdiyi bölgələr arasında Azərbaycanla sərhəd olanlar da var. Belə ki, Şırnak, Hakkari, Ağrı, Van, Diyarbəkir, Muş, Bingöl, Tunceli, Şanlıurfa, Siirt, Batman, Bitlis, Mardin, Kilis, Malatya, Elazığ, Gaziantep, Adıyaman Azərbaycan sərhədlərinə yaxın olan İğdır və Qars vilayətləri PKK-nın əsas hədəflər siyahısına daxildir. Bağçalının sözlərinə görə, PKK Qəhrəmanmaraş bölgəsini sərhəd olaraq qəbul edir və bu bölgələri qurmaq istədiyi Kürdüstan dövlətinin tərkibində görür. Bütün bunlar PKK-ya qarşı mübarizənin daha sərt forma almasına səbəb olur. Ümumiyyətlə, PKK məsələsi həm də getdikcə geosiyasi əhəmiyyət almağa başlayır. Elə bunun nəticəsidir ki, Rusiya Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı həyata keçirdiyi hava əməliyyatlarına qarşı çıxıb. Rusiyanın baş naziri Dmitri Medvedyev Misirin "Əl-Ahram" qəzetinə müsahibəsində PKK-nın İraq torpaqlarındakı mövqelərinin bombalanmasının hüquqilik baxımından şübhəli olduğunu deyib. O, Türkiyənin PKK-ya qarşı hərbi əməliyyatları ilə Vaşinqtonun bölgədəki hərbi hərəkətləri arasında əlaqə qurub: "Koalisiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı olmadan yaradılıb. Koalisiya Suriya torpaqlarında da Dəməşqin razılığını almadan fəaliyyət göstərir. Türkiyə hərbi təyyarələri isə Şimali İraqda hava əməliyyatları təşkil edir. Bu cür əməliyyatlar hüquqilik baxımından ciddi şübhələr doğurur".
Lakin Rusiyanın narazılığına baxmayaraq, Türkiyə və ABŞ yaxın zamanda İŞİD-ə və PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq. Belə ki, Türkiyə ötən ay ABŞ qüvvələrinin "İncirlik" hava bazasından istifadə etməsinə razılıq verib. Artıq Türkiyə və ABŞ arasında təxminən 10 ay davam edən və iyul ayında Türkiyə hökuməti tərəfindən son şəkil verilən razılaşma çərçivəsində konkret addımlar atılmağa başlanıb. ABŞ və Türkiyə ilk addım olaraq İŞİD terror təşkilatının Türkiyə sərhədlərindən uzaqlaşdırılması qərarına gəlib. Bu, Suriyanın şimalında "təmizlənmiş bölgə"nin yaradılması anlamına gəlir. Təmizlənmiş bölgənin isə Suriyanın "mülayim müxalifət"inin nəzarətinə verilməsi və koalisiya təyyarələrindən müxalifət gücləri üçün "hava qalxanı"nın yaradılması planlaşdırılır. Əməliyyatda "İncirlik" bazasından istifadə üçün hazırlıqlar artıq başlayıb. Pilotsuz təyyarələr üçün istifadəyə başlanılsa da, bazadan hərtərəfli istifadə ABŞ hərbi hava qüvvələrinin Türkiyəyə gəlməsindən sonra mümkün olacaq. Məlumata görə, bu həftə 200-dən çox ABŞ hərbi təyyarəsinin "İncirlik" bazasına gəlməsi gözlənir. Belə vəziyyət isə Suriya və İraqda Rusiyanın mövqelərinin daha çox sıxışdırılması deməkdir.
Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:46
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ