Ramil Məmmədli: “Çoxsaylı təyyarələrlə hücum və peyklər qarşı tərəfi aciz duruma salıb”
Ötən ilin noyabrında Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev demişdi ki, Venesuelanın güclü hava hücumundan müdafiə sistemləri var. O, Su-30MK2 qırıcıları bu ölkənin Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil etdiyini demişdi.
Bir neçə S-300VM (Antey-2500) batalyonunun tədarükünün ölkənin vacib obyektlərini hava hücumundan qorumaq qabiliyyətini xeyli dərəcədə gücləndirdiyindən və digər məsələlərdən bəhs etmişdi.
Ancaq Prezident Maduronu yaxalayanda bütün Rusiya hərbi texnikası və hava hücumundan müdafiə sistemləri ABŞ sistemlərinin ilk zərbələri altında yararsız dəmir yığınına çevrildi.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, baş verənləri təkcə Rusiyanın hərbi vasitələrinin acizliyi ilə əlaqələndirmək doğru olmaz: “Bəli, Venesuela ən qabaqcıl və çoxpilləli HHM vasitələrinə malikdir. Söhbət Rusiya istehsalı olan S-300VM (Antey-2500) batareyalardan, Pantsir-S1, Buk-M2E, S-125 Pechora-2M, Tor-M1 kompleksləri və 5000-dən çox Igla-S (SA-24) çiyinüstü raketləri daxildir. Sözügedən vasitələr heç də zəif HİM sistemləri deyil. ABŞ-ın çoxsaylı təyyarələrlə hücum etməsi və peykləri işə salması qarşı tərəfi aciz duruma salıb”.
Vidadi ORDAHALLI