Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Dünya azərbaycanlılarını bir araya gətirən, milli birliyin rəmzinə çevrilən ideya...

Image


Yola saldığımız il Azərbaycan üçün çoxsaylı nailiyyətlərlə yadda qaldı. Bunlardan bri də cari il ərzində milli həmrəyliyin daha möhkəm müstəvidə bərqərar olması oldu. Bu həmrəyliyin kökündə, ideoloji əsasında azərbaycançılıq dayanır. Yeri gəlmişkən qeyd edək ki, ölkəmzi həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməyə hazırlaşır.

Dünya Azərbaycanlılarının Həmrəyliyində azərbaycançılıq ideyasının əhəmiyyəti müasir dövrdə milli kimliyin qorunması, diaspor potensialının səfərbər edilməsi və qlobal müstəvidə Azərbaycanın maraqlarının müdafiəsi baxımından xüsusi yer tutur. Azərbaycançılıq ideyası coğrafi məkanından, yaşadığı ölkədən və ictimai-siyasi mühitdən asılı olmayaraq bütün azərbaycanlıları vahid milli-mənəvi dəyərlər ətrafında birləşdirən əsas ideoloji platformadır. Bu ideya xalqın tarixi yaddaşını, dilini, mədəniyyətini və dövlətçilik düşüncəsini qoruyaraq ümummilli həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Tarixi köklərə bağlılıq və ümumbəşəri prinsiplərlə uğurlu vəhdətin əsası

Məlumdur ki, azərbaycançılıq ideyasının əsas mahiyyəti milli mənsubiyyətin etnik və dini fərqlərdən üstün tutulmasıdır. Bu ideya azərbaycanlı olmağın yalnız etnik kimlik deyil, eyni zamanda mədəni, siyasi və mənəvi bağlılıq olduğunu ifadə edir. Dünya azərbaycanlılarının müxtəlif ölkələrdə fərqli cəmiyyətlərə inteqrasiya etməsinə baxmayaraq, onları bir araya gətirən əsas amil məhz azərbaycançılıqdır. Bu ideya vasitəsilə diaspor üzvləri özlərini vahid xalqın nümayəndəsi kimi dərk edir və milli maraqların qorunmasında daha fəal mövqe tuturlar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə

Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dövlətçilik tariximizin məntiqi inkişafının və milli azadlıq mübarizəsinin ideoloji nəticəsi kimi formalaşmış ümumxalq bayramıdır. Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirir ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli məqsədlər, ortaq dəyərlər və güclü dövlətçilik ideyası ətrafında birləşdirir: “Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən ideoloji platformadır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu gün inam və ümid rəmzidir”.

Onun sözlərinə görə, dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə siyasi-hüquqi təminat müstəqil və suveren Azərbaycan dövlətidir: “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tarixin bayram kimi qeyd edilməsi barədə tarixi qərar qəbul olunub. Nəticə etibarilə Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qanun qəbul etmişdir. Bu qərar təkcə təqvim hadisəsi deyil, sovet imperiyasının süqutu fonunda milli birliyin və tarixi ədalətin bərpasına yönəlmiş siyasi-ideoloji addım idi. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə yürüşü, süni ayrılıqlara etirazı, sərhəd dirəklərinin sökülməsi azərbaycanlıların vahid millət olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi. Həmrəylik Günü məhz bu birləşmək istəyinin rəmzinə çevrildi. Dünya azərbaycanlılarının birliyinin ideoloji təməli azərbaycançılıq məfkurəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün azərbaycanlıları birləşdirən əsas dəyərlər vahid Vətən – Azərbaycan, vahid dil Azərbaycan dili və ümumxalq ideologiyasıdır. Bu ideologiya milli-mənəvi dəyərlərə hörmət, tarixi köklərə bağlılıq və ümumbəşəri prinsiplərlə vəhdət təşkil edir”. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kontekstində azərbaycançılıq ideyası milli birliyin rəmzi kimi çıxış edir. Hər il qeyd olunan bu gün təkcə tarixi hadisələrin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş strateji çağırışdır. Azərbaycançılıq ideyası bu həmrəyliyin ideoloji əsasını formalaşdıraraq, diaspor təşkilatlarının fəaliyyətinə istiqamət verir. Məhz bu ideya sayəsində dünya azərbaycanlıları Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və milli maraqlarını müdafiə etməkdə koordinasiyalı şəkildə çıxış edə bilirlər.

Qloballaşma şəraitində milli kimliyin assimilyasiya təhlükəsi ilə üz-üzə qalması azərbaycançılıq ideyasının əhəmiyyətini daha da artırır. Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün ana dilinin, milli adət-ənənələrin və tarixi yaddaşın qorunması bu ideya vasitəsilə mümkün olur. Azərbaycançılıq gənc nəsildə milli şüurun formalaşmasına, onların yaşadıqları cəmiyyətlərdə fəal vətəndaş kimi çıxış edərkən eyni zamanda milli kimliklərini itirməmələrinə şərait yaradır. Bu baxımdan ideya həm milli özünüdərkin, həm də müasir dünyaya açıq olmağın balansını təmin edir.

Azərbaycançılıq ideyası dünya azərbaycanlılarının siyasi və ictimai fəallığının artmasında da mühüm rol oynayır. Bu ideya diasporu yalnız mədəni birlik kimi deyil, həm də strateji resurs kimi formalaşdırır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları azərbaycançılıq ideyasını əsas tutaraq, beynəlxalq ictimai rəyin formalaşdırılmasında, Azərbaycanın haqq səsinin çatdırılmasında və ölkəyə qarşı aparılan qərəzli kampaniyaların qarşısının alınmasında mühüm rol oynayırlar. Bu isə ümummilli maraqların qlobal müstəvidə daha effektiv müdafiəsinə imkan yaradır. Eyni zamanda azərbaycançılıq ideyası tolerantlıq və multikulturalizm prinsipləri ilə uzlaşır. Tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı Azərbaycan cəmiyyəti bu dəyərləri diaspor mühitinə də daşıyır. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə digər icmalarla əməkdaşlıq edərək, dialoq və qarşılıqlı hörmət mühitinin formalaşmasına töhfə verirlər. Bu xüsusiyyət azərbaycançılıq ideyasını qapalı milli düşüncədən fərqləndirir və onu müasir, açıq və inklüziv ideologiya kimi təqdim edir. Mehriban Vəliyeva da qeyd edir ki, Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli qürurun və mənəvi həmrəyliyin simvoluna çevrilib: “Bu ideya dünya azərbaycanlılarının təşkilatlanmasına, milli mənlik şüurunun möhkəmlənməsinə güclü stimul verib. Azərbaycan dövlətinin diaspor siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb, prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq ardıcıl və sistemli şəkildə inkişaf etdirilib. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu siyasətin institusional əsaslarını qoyub, 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi bu istiqamətdə mühüm mərhələ olub”. Deputat vurğulayıb ki, bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlını əhatə edən güclü diaspor şəbəkəsi mövcuddur: “Vətən müharibəsi Azərbaycan xalqının və dünya azərbaycanlılarının misilsiz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımızın fəal mövqeyi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, düşmən təxribatlarına qarşı qətiyyətli mübarizəsi tarixi Qələbəmizə layiqli töhfə oldu. 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı bu həmrəyliyin siyasi və mənəvi təntənəsi oldu”. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyində azərbaycançılıq ideyasının əhəmiyyəti milli birliyin qorunması, diaspor potensialının səfərbər edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Bu ideya dünya azərbaycanlılarını ortaq tarix, dil və mədəniyyət ətrafında birləşdirərək, onları vahid məqsədlər naminə fəaliyyət göstərməyə sövq edir. Azərbaycançılıq bu gün də ümummilli həmrəyliyin ideoloji dayağı olaraq, Azərbaycanın gələcək inkişafında və qlobal miqyasda güclənməsində mühüm rol oynamağa davam edir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ