İran üzərində vurulan Amerika qırıcı təyyarəsinin qəzaya uğraması Ağ Evdə saatlarla davam edən qalmaqala səbəb olub.
Qərb mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bir neçə saat köməkçilərinə bağırıb. Politoloq və Amerikaşünaslıq üzrə ekspert Malek Dudakov aif.ru-ya açıqlamasında bildirib ki, bu hadisə həm prezidentin idrak durumunu, həm də administrasiyasının işinin xüsusiyyətlərini ortaya qoyub.
"Əslində, Donald Trampın qocalığın açıq-aşkar idrak problemləri ilə qarşılaşdığı dəfələrlə aşkar olub. Yəni o, ətrafında baş verənləri hər zaman aydın şəkildə anlamır", - deyə Dudakov izah edib.
Ekspert vurğulayıb ki, onun ətrafındakılar qəsdən məlumatları süzgəcdən keçirir və patronu mənfilikdən qoruyurlar. Lakin aviasiya hadisəsini gizlətmək mümkün olmayıb və bu, emosional partlayışa səbəb olub.
Amerika mediasının məlumatına görə, Tramp qırıcı təyyarənin qəzaya uğradığını öyrənəndə 1979-cu ildəki girov böhranının təkrarlanmasından qorxub.
Xatırladaq ki, bu böhran zamanı iranlı tələbələr Tehrandakı ABŞ səfirliyinə basqın edərək 66 amerikalı diplomatı və işçini girov götürmüşdülər.
SAMİRƏ