İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif sosial media hesabında Hörmüz boğazı ilə bağlı açıqlama verib.
İran rəsmisi bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinin bədəli olmalıdır: “İranın neft ixracını məhdudlaşdırarkən başqaları üçün pulsuz təhlükəsizlik gözləmək olmaz".
Hörmüz boğazındakı vəziyyətin qlobal bazarlara təsirinə diqqət çəkən Arif deyib: "Seçim aydındır: ya hamı üçün azad neft bazarı, ya da hər kəs üçün ciddi maliyyə risqi. Qlobal yanacaq qiymətlərində sabitlik İrana və onun müttəfiqlərinə qarşı iqtisadi və hərbi təzyiqlərin daimi və təhlükəsiz şəkildə dayandırılmasından asılıdır".
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi isə bildirib ki, Vaşinqton Hörmüz boğazında yeni tranzit sistemini qəbul etməlidir: “İranın milli maraqları ilə bağlı hər hansı bir məsələdə mövqeyimiz dəyişməyib".
Tahir TAĞIYEV