Pyatiqorskda FSB əməkdaşları çantasında kustar istehsalı bomba olan bir Almaniya vətəndaşını saxlayıblar.
RİA Novosti xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) bununla bir Almaniya vətəndaşının iştirakı ilə planlaşdırılan terror aktının qarşısını alıb.
1969-cu il təvəllüdlü qadın Pyatiqorskdakı hüquq-mühafizə orqanının yaxınlığında saxlanılıb. FSB mütəxəssisləri onun çantasını yoxlayarkən əldəqayırma partlayıcı qurğu aşkar ediblər.
FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, bomba 1,5 kq TNT-yə bərabər gücə malikdir və sursatla təchiz olunub. Cihazı işə salmadan əvvəl onu sıradan çıxarmaq üçün elektron müharibə sistemlərindən istifadə edilib.
SAMİRƏ