İslamabadda bazar ertəsi günü keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarının ikinci raundunda iştirak edəcək ABŞ-ın nümayəndə heyətinin bəzi üzvlərini daşıyan iki təyyarə İslamabadda enib. Bu barədə Pakistan rəsmiləri Anadolu Agentliyinə bildirib.
“Geo News”un məlumatına görə, polis rəsmiləri ABŞ və İran arasında danışıqların ikinci mərhələsi ilə əlaqədar İslamabadda yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıblar.
İkinci tur danışıqlarında ABŞ tərəfini yenə də vitse-prezident Vens, prezident Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner edəcəyi bildirilir.
Qətərin "Əl-Cəzirə" televiziyasına anonimlik şərti ilə danışan Pakistan mənbələri isə danışıqların ikinci mərhələsinin gələn həftə, cümə günündən əvvəl baş tutacağını bildiriblər. Qətərdə yerləşən Mənbələr bu nəticəyə bir neçə amilə əsasən gəldiklərini bildiriblər. Bildiriblər ki, ABŞ-ın iki C-17 Globemaster ağır nəqliyyat təyyarəsi İslamabad yaxınlığındakı Ravalpindi şəhərindəki Nur Xan hava bazasına eniş edib. Hava limanından İslamabadda Qırmızı bölgəyə gedən yollar müvəqqəti olaraq bağlanıb,mtəhlükəsizlik tədbirləri gücləndirilib. Pakistan mənbələri həmçinin bildiriblər ki, İslamabaddakı Serena və Marriott otelləri boşaldılıb və cümə gününə qədər yeni rezervasiyalar qəbul edilməyəcək.
Yerli mənbələr bildiriblər ki, bu gün İslamabad və Ravalpindidə sərt təhlükəsizlik tədbirləri görülüb. Əsas yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb və hökumət tərəfindən iki lüks otel ayrılıb.
Bütün bunlara baxmayaraq, İran ABŞ-ın dəniz blokası səbəbindən İslamabada nümayəndə heyəti göndərməyəcəyi bildirilir. İran mediası, ABŞ Hörmüz boğazında blokadaya davam edəcəyi təqdirdə Tehranın növbəti danışıqlar mərhələsində iştirak etməyəcəyini bildirib.
Tahir TAĞIYEV