şənbə günü, 26 sentyabr 2026
     

NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

Image


Abutalıb Səmədov: "Türkiyənin NATO üçün faydalı olduğunu zamanla hamı anladı"

İyul ayında İstanbulda keçiriləcək NATO zirvəsində Türkiyənin Ukrayna siyasətinə necə qiymət veriləcək? NATO faktiki olaraq Rusiya ilə qarşıdurma vəziyyətində olduğu halda, Türkiyənin Rusiya ilə müəyyən sahələrdə əməkdaşlıq etməsi alyans daxilində necə qarşılanır? NATO bu məsələyə hansı mövqedən yanaşa bilər?

Məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe NATO üzvləri tərəfindən narazılıqla qarşılanıb. O bildirdi ki, xüsusilə ilk dövrlərdə Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması, Rusiya ilə normal münasibətlər saxlamağa çalışması NATO üzvləri arasında ciddi narazılıq yaratdı: "İlk növbədə ABŞ, Fransa və digərləri Türkiyənin daha kəskin mövqe tutmasını istəyirlər. Ancaq sonrakı dövrlərdə Türkiyənin bu cür mövqe tutmasının faydalı olduğunu anlayanlar da oldu. Bu imkan verdi ki, bir tərəfdən NATO üzvləri Ukraynanın yanında olsunlar, ona hər cür yardım göstərsinlər, digər tərəfdən NATO-nun üzvü olan Türkiyə Rusiya ilə normal münasibətlər saxlasın, diplomatik danışıqlar imkanını qorusun - yəni NATO bir tərəfdən müttəfiqinin yanında olur, digər tərəfdən isə Rusiya ilə diplomatik danışıqlar apara bildi. Üstəlik, Ukraynaya yerləşdirilə bilən yardım üçün təşkil olunan Ramştayn görüşlərində təkcə NATO üzvləri deyil, alyansa üzv olmayan ölkələr də aktiv şəkildə iştirak edirlər və Ukraynaya mümkün yardımı göstərirlər. Ukraynaya göstərilən yardımın əsas ağırlığını ABŞ öz üzərinə götürmüşdü. Əgər müharibənin ilk illərində - Tramp hakimiyyətə gələnə qədər edilən yardımları müqayisə etsən, ABŞ-nin təkbaşına göstərdiyi yardım Avropa Birliyinin bütövlükdə göstərdiyi yardıma bərabər idi. Düzdür, prezident Tramp bu rəqəmi tez-tez böyüdür və Amerikanın Avropa Birliyindən ən azı iki dəfə artıq yardım göstərdiyini dilə gətirir. Lakin reallıqda beynəlxalq qurumların verdiyi rəqəmlər ABŞ ilə Avropa Birliyinin yardımlarının bir-birinə yaxın olduğunu göstərir. Artıq Amerika Ukraynaya yardım göstərməkdən çəkilib. Tramp hakimiyyətə gəldikdən sonra bu yardımlar dayandırıldı. ABŞ yalnız Avropaya silah sataraq Ukraynaya dəstək verir, əgər buna dəstək demək olarsa. Bu isə Avropanın yükünü xeyli artırır və bu ağırlıq daha çox NATO-nun üzərinə düşür. Maraqlıdır ki, Ukraynaya silah verilməsindən danışarkən Tramp belə bəyanatlar verirdi ki, biz Ukraynaya yardım göstərmirik, Ukraynaya verilən silahları bizdən NATO alır və Ukraynaya verir. Yəni NATO-nun üzvü olan, alyansın əsas ölkəsi olan ABŞ "bizdən silahları NATO alır" deyərkən özünü bu birlikdən kənar tutur. Bundan belə çıxır ki, NATO yalnız Avropa dövlətlərindən və Kanadadan ibarətdir.

Əvvəllər Ramştayn danışıqlarında sədrlik edən və digər dövlətləri də özü arxasınca aparan ABŞ indi bu danışıqlarda demək olar ki, iştirak etmir, yaxud da onlayn qaydada qoşulur; bu da təbiidir ki, yardımların səviyyəsinə ciddi şəkildə təsir göstərir. Əgər müharibənin ilk illərində ABŞ-ın Ukraynaya yardımlarda aktiv şəkildə iştirak etdiyi dövrdə hər il 82 milyard dollar yardım ayrılırdısa və bunun təqribən yarısı hərbi xərclərə yönəldilirdisə, Tramp bu prosesdən çəkildikdən sonra yardımların səviyyəsi ciddi şəkildə azalıb. İndi 2026–2027-ci illər üçün Avropa Birliyi Ukraynaya 90 milyard dollar yardım nəzərdə tutub. Macarıstanın qoyduğu vetoya görə hələ bu barədə qərar qəbul etmək mümkün olmayıb. Eyni zamanda ayrı-ayrı Avropa ölkələri də imkanları daxilində Ukraynaya yardım göstərirlər. Ancaq yardımlar azalıb - ildə 82 milyard dollar yardım ayrılan dövrdə yalnız müharibənin birinci ilində Ukrayna uğurlara nail ola bilmişdi. 2023-cü ildən sonra isə Ukrayna cəbhədə irəliləyə bilmədi, bu da Rusiyanın mövqelərinin möhkəmlənməsinə gətirib çıxardı. Artıq danışıqların son mərhələsinə gəlinib, ABŞ Rusiya ilə əldə etdiyi "Ankara razılaşması"na əsasən prezident Zelenskiyə çox ciddi təzyiqlər göstərir və bunu Amerikanın dövlət katibi açıq şəkildə etiraf etdi. Zelenskinin "ABŞ bizi təhlükəsizlik qarşılığında güzəştlərə məcbur edir" bəyanatına cavab olaraq dövlət katibi açıq şəkildə bildirdi ki, əgər güzəştlər olmasa müqaviləni imzalamaq mümkün olmayacaq, müqavilə imzalanmasa isə müharibə bitməyəcək. Onda təhlükəsizlik zəmanətindən danışmağa belə dəyməz. Yəni təhlükəsizlik zəmanəti yalnız müharibə bitdikdən sonra verilə bilər. Müharibə isə sülh müqaviləsi imzalanarsa bitər. Bunun üçün də Ukrayna Donbasdan çıxmalıdır.

NATO-nun Türkiyədə keçiriləcək sammitində ola bilər ki, müəyyən dövlətlər Türkiyənin daha aktiv şəkildə Ukraynanın yanında olmasını istəsinlər. Amma Türkiyənin mövqeyi dəyişməyəcək, Ankara neytrallığını qoruyub saxlamağa çalışacaq. Çünki bu onun dövlət maraqlarına cavab verir və eyni zamanda artıq dünyanın əksər ölkələri də bu mövqeyin düzgün olduğunu qəbul ediblər. Bu səbəbdən Türkiyənin mövqeyini dəyişmək ehtimalı yoxdur, NATO dövlətlərinin dilə gətirəcəyi iradlar da o qədər ciddi qarşılanmayacaq. Çünki Ukrayna müharibəsinin mürəkkəb indiki duruma gəlməsinin əsas günahkarları NATO-nun aparıcı dövlətləridir, Ukraynanın NATO-ya qəbul olunacağına vəd verənlərdir. 2008-ci ildə hətta Ukraynaya hərəkət planı verməkdən imtina edən dövlətlərdir ki, onların da başında Fransa və Almaniya durur. Bu səbəbdən NATO ölkələrinin Türkiyəyə irad tutmaq haqqı yoxdur. Ukraynanın indiki vəziyyətə düşməsində günahkar ABŞ və Avropanın aparıcı dövlətləridir. Bu vəziyyətdən çıxış yollarını da onlar axtarmalıdırlar. ABŞ olmadan hərbi blok yaratmaq istəyən dövlətlər yanlış mövqe tuturlar, çünki Tramp əbədi deyil. Ona görə yeni çıxış yolları axtarmaqdansa münasibətləri qorumaq və Trampın prezidentlik müddətinin başa çatmasını gözləmək lazımdır. Münasibətlərin daha da kəskinləşməsinə yol vermək olmaz. Türkiyənin tutduğu düzgün yolu da əksər dövlətlər başa düşürlər və ona haqq qazandırırlar".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 17:15
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ