şənbə günü, 26 sentyabr 2026
     

Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

Image


Tarixin ən böyük qlobal enerji böhranı hələ yeni başlayır. Nə müvəqqəti atəşkəs, nə də ABŞ və İsrailin İranla müharibəsinin başa çatması müharibədən əvvəlki ucuz neft və təbii qaz dövrünə qayıtmağımızı təmin edə bilməyəcək. Böhrandan çıxış prosesi bir çox səbəbdən uzun və baha başa gələcək.

BBC-nin məlumatına görə buna altı əsas səbəb var. 1. Neft qıtlığı hələ yeni başlayır. Bəsrə körfəzindən neft daşıyan bir tankerin alıcılara çatması bir ay və ya ay yarım vaxt aparır. Müharibə elə təxminən bir ay yarım əvvəl başlayıb. Hörmüz boğazı bu müddət ərzində faktiki olaraq bağlı qaldığı üçün, dünya neft tədarükü çatışmazlığı ilə yalnız indi üzləşməyə başlayacaq. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib: "Aprel ayı mart ayından daha pis olacaq. Ən ehtiyatlı proqnozlara görə belə, təklif kəsiri iki dəfə artacaq". Neft tankerləri ilkin mərhələdə müharibədən əvvəl ixrac etdikləri eyni miqdarda nefti boşaltmağa davam etsələr də, müharibə səbəbindən neft qiymətləri kəskin şəkildə yüksəldi. İndi isə tədarük miqdarı fiziki olaraq azaldığı üçün, Hörmüz boğazı dərhal yenidən açılsa belə, qiymətlər böhrandan əvvəlki səviyyələrə düşməyəcək. Hörmüz boğazı açılsa belə, ideal şərtlər daxilində tədarükün bərpası bir ay-ay yarım çəkə bilər. 2. Təbii qaz böhranı neft böhranından daha pisdir. Müharibədən əvvəl dünya, Rusiyanın Avropaya qarşı bir rıçaq kimi istifadə etdiyi və 2022-ci ildəki enerji böhranını tətikləyən boru kəməri qazından asılılıqdan qurtulmaq üçün aqressiv şəkildə mayeləşdirilmiş təbii qaza keçməyə çalışırdı. İrandakı müharibə maye qaza yönəlməyin əslində nə qədər riskli olduğunu göstərdi. Müharibədən əvvəl Bəsrə körfəzinin kiçik ölkəsi Qətər qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün 21 faizini və ya ümumi qaz tədarükünün təxminən 17faizini təmin edirdi. Mayeləşdirilmiş qaz tədarükünü sürətlə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayacaq. Qətərdən dəniz yolu ilə daşınma üçün alternativ marşrut yoxdur. Bundan əlavə, gələcək qeyri-müəyyəndir və bu, qaz qiymətlərini yaxın aylarda yüksək saxlamağa davam edəcək. Çünki Qətər müharibə səbəbindən yeni təbii qaz güclərinin istifadəyə verilməsini təxirə salıb və mövcud gücünün bir hissəsini itirib. 3. Obyektlərdəki dağıntıların təmiri. Hörmüz boğazını neft və qaz tankerləri üçün açmaq bir məsələdirsə, ay yarım davam edən bombardman nəticəsində zərər görmüş obyektlərdə istehsalı yenidən başlatmaq tamamilə başqa bir məsələdir. Yaxın Şərq ölkələrindəki 40-dan çox neft və qaz obyekti müharibədə zərər görüb. 4. Pul yoxdur. Müharibədən əvvəl Körfəz ölkələri dünyanın artan əhalisi və iqtisadiyyatların yüksələn enerji ehtiyaclarını qarşılamaq üçün istehsalı artırmağı planlaşdırırdı. İstehlakçı ölkələr kifayət qədər neft olacağını və təbii qaz tədarükünün artacağını gözləyirdilər. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Qətər və bölgədəki digər ölkələr artıq istehsalı artırmağa deyil, onu əvvəlki səviyyəyə qaytarmağa və silahlanmaya pul xərcləmək məcburiyyətində qalacaqlar. İstehlakçılar da daha çox pul xərcləməli olacaqlar. Həm enerji qiymətlərinin yüksəlməsi səbəbindən, həm də nüvə, günəş, külək, batareya və kömür kimi alternativlərə investisiya qoymaq üçün.

Bundan əlavə, ev təsərrüfatlarına və sənayeyə verilən subsidiyalara xərclənən vəsait də azalacaq. Eləcə də, COVID-19 və Kremlə görə yaranan əvvəlki iki enerji böhranından fərqli bir vəziyyət var. Bu dəfə istehlakçı ölkələrin indiki nəsillərə kömək etmək üçün gələcək nəsillərdən borc almaq imkanı daha azdır. O vaxtlar inflyasiya, dövlət borcu və büdcə kəsirləri daha aşağı idi. Bu dəfə rəsmilər ikiqat çətinliklə üzləşiblər. Tempi azalan iqtisadi artım vergi gəlirlərini və buna görə də müəssisələri və ev təsərrüfatlarını subsidiyalarla dəstəkləmək qabiliyyətini məhdudlaşdırır. Artan inflyasiya isə aşağı faiz dərəcələri ilə dəstək vermək imkanını ortadan qaldırır. Üstəlik, bu böhran zamanı strateji neft ehtiyatlarının xərclənməsi ilə gələcək nəsillər artıq borclandırılıb. 5. Rezerv neft sonsuz deyil, yenilənməsi lazım olacaq. Qərbli istehlakçı ölkələr bazardakı neft qıtlığını yumşaltmaq üçün daha əvvəl görünməmiş bir müdaxilə etdilər. Strateji ehtiyatlarından 400 milyon barel neft satmağa qərar verdilər. Bunun sayəsində neft qiymətləri hələ ki, tələb-təklif disbalansının tələb etdiyi səviyyələrə yüksəlməyib. Dünya gündə təxminən 105 milyon barel neft istehlak edir. İran müharibəsi gündəlik 10-12 milyon barel Yaxın Şərq mənşəli neftin bazarlara çatmasına mane oldu. Qərbin ehtiyatlarından xam neft satışı gündəlik 3-4 milyon barellik kəsiri kompensasiya etdi. Çinin ehtiyatları və ABŞ-ın açıq dənizdəki İran və Rusiya neftinə tətbiq etdiyi sanksiyaları yumşaltması sayəsində bazara əlavə təklif təqdim olundu. Bu müdaxilələrin dörd-beş ay davam etməsi planlaşdırılır. Bundan sonra, müəyyən bir məqamda ehtiyatların yenidən doldurulması lazım gələcək. 6. Müharibənin qızışması. Yaxın illərdə Yaxın Şərqin etibarlı bir enerji mənbəyi olduğu qənaəti zəifləyəcək. Müharibə hələ bitməyib və ABŞ ilə İranın mövcud danışıq mövqelərinə baxsaq, münaqişə hər an yenidən alovlana bilər. Müharibə tədarük təhlükəsizliyinə və etibarlılığına təsir etdi, risklərin yenidən qiymətləndirilməsini zəruri etdi, sığorta və nəqliyyat xərclərini artırdı. ABŞ Enerji Nazirliyi xəbərdarlıq edir ki, bütün bunlar uzun müddət, hətta ucu açıq şəkildə son istehlakçıların ödəyəcəyi enerji qiymətlərində özünü göstərəcək. Beynəlxalq Enerji Agentliyinin gələn il üçün təqdim etdiyi ən son enerji bazarları proqnozunda deyilir: "Neft qiymətləri bu dövrdə artan risk mükafatını da əks etdirəcək. Hörmüz boğazı açıldıqdan sonra yığılıb qalmış problemlərin həlli vaxt aparacaq, gələcəkdə baş verə biləcək fasilə ehtimalı risk faktoru kimi qalacaq və neft qiymətlərinə təsir edəcək". Problem yalnız Hörmüz boğazı ilə məhdudlaşmır. Yəməndəki husi qüvvələri Qırmızı dənizi təhdid etməyə davam edir və okeanlarda iranpərəst ölkələr və qruplar tərəfindən hədəf alına biləcək bir çox başqa keçid nöqtələri də mövcuddur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ