Ukrayna qüvvələri Rusiyanın Volqa sahili boyunca yerləşən iki sənaye şəhərinə, həmçinin Sankt-Peterburq yaxınlığında yerləşən Baltik dənizi limanına dronlarla hücum edib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, “Lukoil” terminalının yerləşdiyi Vısotski limanında yanğın söndürülüb. Bununla yanaşı, Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişçev Sızran və Novokuybışevskdə sənaye obyektlərinə hücumları təsdiqləyib.
Tahir TAĞIYEV