Ukraynanın paytaxtı Kiyevdə bir hücumçunun atəş açdığı, sonra isə mağazaya girərək insanları girov götürdüyü bildirilir.
Prezident Zelenski şəhərdə naməlum şəxsin atəş açması nəticəsində beş nəfərin öldüyünü, on nəfərin yaralandığını bildirib.
Kiyev meri Vitali Kliçko sosial media paylaşımında bildirib ki, naməlum şəxs şəhərin Qolosiyevski rayonunda küçədəki insanlara atəş açıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko da sosial media hesabında bildirib ki, polis xüsusi təyinatlıları Kiyevdə insanlara atəş açan şəxsə qarşı əməliyyata başlayıb. Klimenko bildirib ki, silahlı şəxs saxlanılarkən zərərsizləşdirilib.
Klimenko hücumçunun supermarketə girərək bir neçə nəfəri girov götürdüyünü bildirib və əlavə edib ki, hücumçu polis əməkdaşlarına da atəş açıb.
Tahir TAĞIYEV