şənbə günü, 26 sentyabr 2026
     

“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

Image


Prezident İlham Əliyev:”1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”

Sovet rejiminin necə meydana gəlməsi, ərazilərin rus ordusu tərəfindən necə işğal olunması, SSRİ-nin necə yaranması və süqut etməsi demək olar ki, hazırda hamıya, hətta işğalçı ordunun varislərinə, Rusiyanın hazırki rəhbərliyinə də tam təfərrütatı ilə məlumdur. Belə olan halda bunun bir daha yada salınmasına bəzi rus dairələrinin riyakarlıq edərək bu məsələlərdən bixəbər kimi kəskin reaksiya verməsi başa düşülən deyil.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının 2025-ci ilin avqustunda “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin rus ordusu tərəfindən işğalı haqqında deyib: “Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu...1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi.” ( “525-ci qəzet” 28 avqust 2025)

Prezident İlham Əliyevin bu müashibəsi Rusiya mətbuatında və sosial mediada riyakarcasına müzakirələrə və tənqidlərə səbəb olub. “Vedomosti” qəzeti “İlham Əliyev Sovet Rusiyasını Azərbaycanı işğal etməkdə ittiham edib”, “Qazeta.ru” “Əliyev Moskvaya qarşı iddialarla çıxış edib” və s. kütləvi informasiya vasitələri bu cür fikirlər yazmağa başlayıb.

Azərbaycan prezidentinin müsahinəsinə bu cür yanaşan Rusiyanın kütləvi informasiya vasitələrinin mövqeyinin məntiqsiz, gülüc olduğunu sübut etmək üçün faktlara müraciət edək: Hər şeydən əvvəl onu qeyd edək ki, Prezident İ. Əliyev rus ordusunun 1920-ci ildə Azərbaycanı işğal etməsini əvllər də dəfələrdə bildirdiyi halda Rus mətbuatının 2025-ci ildə bu firkrə bu cür reaksiyası başa düşülən deyil. Çünki Prezident bundan 18 il əvvəl də bu fikri rus jurnalisti M.Ozerovun rus dilində nəşr olunmuş kitabında bildirib. 2007-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş “Əliyev İlham Heydər oğlu. Azərbaycanıma inanıram” adlı bu kitabın 151-ci səhifəsidə Pezident İ.Əliyev rus ordusunun 1920-ci ildə Azərbaycanı işğal etdiyi açıq şəkildə söyləyib. Prezidentin bunula bağlı fikri kitabda belə yazılıb: “XX əsrrin ilk onilliklərində Bakının neft sənayesi firmaları Rusiyanın hərbi-dəniz donanması üçün yanacaq istehsalını davam etdirirdilər. Rusiya və Avropa ölkələri Bakı nefti uğrunda əsil müharibə aparırdılar. Nəticədə şərqdəki ilk demokratik respublika olan ADR cəmi 23 ay yaşaya bildi.Sovet qoşunları onu işğal etdilər.”

Buradan belə bir sual ortaya çıxır. Azərbaycan Prezidentinin rus ordusunun işğalı ilə bağlı fikrinə 2007-ci ildə reaksiya verməyən KİV-lər bundan 18 il sonra təkrar olunmuş eyni fikrə nəyə görə bu cür reaksiya verirlər?

Fikrimizcə, bu sualın cavabını Rusiyanın özünü SSRİ-nin varisi elan etməsində və son illər SSRİ-ni bərpa etmək siyasətini yeritməkdə axtarmaq lazımdır. Rusiya tərəfindən Ukraynaya qarşı aparılan işğalçı müharibə, digər post sovet respublikalarına qarşı təhdid siyasəti, ərazi iddiaları və s. sübut edir ki, hazırda Rusiya Federasiyasının rəhbərliyi çar Rusiyası və SSRİ-nin işğalçı siyasətini davam etdirir. Hazırki dövrdə qonşularına heç bir yaxşı nümunə göstərə bilməyən, əsrlər boyu işğalçı siyasət yeritməsinə baxmayaraq öz əhalisinin normal həyatını təmin etmək imkanına malik olmayan, korrupsiyanın baş alıb getdiyi, avtoritar hakimiyyətin höküm sürdüyü bir ölkə ilə heç bir normal ölkə yaxınlaşmaq istəmir. İndiyənə qədər Rusiyanın tarixən müharibə apararaq qalib gəldiyi İsveç, Almaniya kimi məğlub dövlətlər öz xalqarına yaşamaq üçün normal, firavan həyat bəxş etdikləri halda Rusiyanın bunu edə bilməməsi həmin dövlətin rəsmilərini düşündürməlidir. Rusiyanın işğalçı siyasəti başqa xalqlara faciələr yaşatdığı kimi, rus xalqına da daim bədbəxtlik gətirmişdir. Hazırda Rusiya-Ukrayna müharibəsində həyatları itirən milyondan artıq insanın əksəriyyəti bu ölkələrin vətəndaşlarıdır. Bu antihümanist siyasət elə bir həddə çatib ki, əvvəllər başqa xalqları qıran rus ordusu, hazırda Ukraynanın digər əhalisi ilə yanaşı, Ukraynanın şərqindəki bölgələrdə yaşayan etnik rusları qırmaqdan belə çəkinmir. Rusiya öz soydaşlarına qarşı bu cür addım atdığı bir vaxtda Sibir və Uzaq Şərqdəki torpaqlarını, sərvətlərini Çin tədricən, bir güllə belə atmadan de yure olmasa da de fakto mənimsəyir. Rusiyanın get-gedə ən yaxın mütəfiqlərini itirməsi də onun imperiya siyəsətinin iflasa uğradığını sübut edir

Fikrimizcə, Rusiya rəsmiləri bu ölkənin tarixən yeritdiyi işğalçı siyasətdə əl çəkməyin vaxtının çoxdan çatdığını anlamalı, çar və sovet Rusiyasının işğalçı siyasətini tənqid edənlərə qarşı hücuma keçmək əvəzinə, bu siyasətin səhv olduğunu etiraf etməli və pisləməklə başqa ölkələrlə, xüsusilə də qonşularla sivil münasibətlər qurmağın yollarını axtarmalıdırlar. Onlar XXI əsrdə impreiya siyasətinin heç bir perspektivinin olmadığını dərk etməlidirlər.

MƏHƏRRƏM ZÜLFÜQARLI,
t.ü.e.d, professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ