Hörmüz boğazındakı "sülh" ssenarisi qısa müddətli oldu. ABŞ prezidenti Trampın Hörmüz boğazının yenidən açılmasını diplomatik uğur kimi xarakterizə etməsi və İranın boğazı bir daha bağlamamağa razılıq verdiyi iddiası tez zamanda Tehrandan gələn bir açıqlama ilə təkzib edilib.
İran Parlamentinin sədri Qalibaf Trampın bir saat ərzində irəli sürdüyü yeddi iddianın hamısının əsassız olduğunu bildirib.
"ABŞ prezidenti bir saat ərzində yeddi iddia irəli sürdü ki, bunların da hamısı yalandır. Bu yalanlarla müharibədə qalib gələ bilmədilər və təbii ki, danışıqlarda da heç bir nəticə əldə edə bilməyəcəklər. Blokadanın davam etməsi ilə Hörmüz boğazı açıq qalmayacaq" – deyə Qalibaf öz sosial şəbəkə paylaşımında bildirib.
Hörmüz boğazında nəqliyyat "təyin olunmuş marşrut" və "İranın icazəsi ilə" həyata keçiriləcək.
Boğazın açıq və ya bağlı olması və onu tənzimləyən qaydalar sosial media şəbəkələri tərəfindən deyil, sahə tərəfindən müəyyən edilir.
Media müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin vacib hissəsidir və İran xalqı bu hiylələrdən təsirlənmir.
Qeyd edək ki, Tehran Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb.
Tahir TAĞIYEV