Avropa Birliyinin ABŞ-ın iştirakı olmadan Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün Ukraynadakı münaqişəni 2030-cu ilə qədər uzatmağı planlaşdırır.
Belçika Baş Qərargah rəisi general Frederik Vansina Vansinaya görə, Avropa qarşıdakı dövrün "daha gözlənilməz və təhlükəli" olacağını bilir və bu prosesə hazırlaşır.
General Vansina bildirib ki, "Ukraynalıların qanı sayəsində hələ bir neçə ilimiz var. Bu qan bizə vaxt qazandırır".
Planın əsas məqsədi Avropanın hərbi potensialını artırmaq üçün vaxta ehtiyacı olmasıdır. AB rəsmiləri hesab edirlər ki, Vaşinqtonun dəstəyinə güvənmək mövcud geosiyasi mühitdə risklidir.
Buna görə də, Ukraynadakı müharibənin 2030-cu ilə qədər davam etməsi Avropanın öz müdafiə sənayesini və ordularını modernləşdirmək üçün "pəncərə" rolunu oynayacaq.
General Vansina Avropanın hazırlaşmalı olduğu yeni dövrü belə təsvir edir: "Hər kəsin dişə-diş mübarizə apardığı daha gözlənilməz və təhlükəli bir dövr"
Vansinanın bu açıqlamaları Qərb hərbi strateqləri arasında getdikcə daha çox yayılan bir fikri əks etdirir: Rusiya Ukraynadakı müharibəni qazansa da, uduzsa da, uzunmüddətli perspektivdə Avropa üçün mövcudluq təhlükəsi yaratmağa davam edəcək.
Generalın açıqlamaları Avropa Birliyinin Ukrayna siyasətində indiyə qədər ictimaiyyətə paylaşılanlardan daha praqmatik və sərt bir strategiyaya işarə edir. Brüssel administrasiyası hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Belçika Baş Qərargah rəisinin bu səmimi etirafları Avropa mətbuatında geniş əks-səda doğurub.
Generalın açıqlamalarından belə aydın olur ki, Avropa özünü qorumaq üçün Ukraynanı sadəcə bir "qalxan" kimi görür. Vansinanın etirafları Ukrayna tərəfində də ciddi narahatlığa yol açıb. Kiyev hökuməti hesab edir ki, Ukraynanın ərazi bütövlüyü təmin edilmədən Avropanın təhlükəsizliyini təmin etmək mümkünsüz olacaq.
Tahir TAĞIYEV