İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İran gəmiləri Hörmüz boğazından keçə bilmirsə, digərləri də keçə bilməz.
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadasını davam etdirdiyini xatırladan Qalibaf, "Bu gün boğazda nəqliyyat varsa, bu, boğazın bizim nəzarətimiz altında olması ilə bağlıdır" deyib. ABŞ tərəfindən bu yaxınlarda elan edilən blokadanı "düşüncəsiz" bir qərar kimi xarakterizə edən Qalibaf bildirib ki, "əgər biz Hörmüz boğazından keçə bilmiriksə, başqaları da keçəbilməz". O əlavə edib ki, Amerika blokadanı qaldırmasa, Hörmüz boğazında nəqliyyat məhdudlaşdırılacaq.
Qalibaf Hörmüz boğazı ilə bağlı Pakistanda ABŞ-la apardığı söhbəti xatırlayaraq dedi: "İslamabadda ABŞ nümayəndə heyətinə dedim ki, “Əgər mina gəmiləriniz olduqları yerdən bir az da irəliləsə, biz mütləq atəş açacağıq'". Onlar geri qayıtmaq əmri vermək üçün 15 dəqiqə vaxt istədilər və bunu da (əmri) verdilər", - deyə o bildirib.
Tahir TAĞIYEV