"De: “Həmd Allaha məxsusdur! O, dəlillərini sizə göstərəcək, siz də onları biləcəksiniz”. Quran, 27:93
Dünən bütün televiziyalarda İsrailə arıların hücumu barədə videogörüntülər yayımladılar. Xəbər verildi ki, israildə bütün hava nəqliyyatı dayandırılıb, insanlara evlərindən çıxmamaq tapşırılıb və s
Hadisə barədə dünən yazdığım statusda oxucuların diqqətini Quranın "Fil" surəsinə və burada keçən əbabil quşlarına yönəltmişdim. Qeyd etmişdim ki, o vaxt Məkkəyə fillərlə hücum edəndə Allah əbabil quşlarını köməyə göndərdi və hər quş ağzına bir daş alaraq, fillərin başına atdılar. Quşların sayı o qədər çox idi ki, fillər bir anda daşların altında qaldılar və məğlub oldular (bax: Fil surəsinə).
İsraildə baş verən arı hücumu sanki həmin hadisənin təkrarı idi. Hadisələr riyazi cəhətdən də üst-üstə düşür. Belə ki, "Fil" surəsi Quranın 105-ci surəsidir. Maraqlıdır ki, İsrailə arı hücumu baş verəndə (15 aprel) ilinn 105-ci günü idi.
Dr. Paşa Yaqub - Allahın qulu və carçısı