ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana gedir. Bu gün İranla saziş imzalanacağını iddia edən ABŞ prezidenti Tramp İran liderləri ilə şəxsən görüşməyə hazır olduğunu bildirib.
“New York Post” qəzetinə verdiyi müsahibədə Tramp deyib ki, əgər həll yolu tapılarsa, İran liderləri ilə görüşəcək: “Görüşlər indi baş tutmalıdır. Güman edirəm ki, heç kim oyun oynamır. Onlarla görüşməkdə heç bir problemim yoxdur. Əgər görüşmək istəyirlərsə, onlarla görüşməkdə heç bir problemim yoxdur”.
Tramp “Fox News”a verdiyi açıqlamasında isə İranla razılaşmanın bu gün imzalanacağını deyib.
Amerika nümayəndə heyətinin İslamabada yola düşdüyü elan edildikdən sonra İran nümayəndə heyətinin görüşdə iştirak edib-etməyəcəyi məlum deyil. Yarı-rəsmi xəbər agentliyi Tasnim İranın Pakistandakı danışıqlarda iştirak etməmək qərarının indiyə qədər dəyişmədiyini bildirib.
Tahir TAĞIYEV