ABŞ-İran danışıqlarının mərkəzi olan İslamabad tərəfləri Masaya gətirmək üçün hərəkətə keçib. Ordu komandanı general Asim Munir Prezident Trampla telefon danışığı apararaq ABŞ-ın Hörmüz boğazını blokadaya almasının danışıqlara ən böyük maneə olduğunu bildirib.
Pakistanın təhlükəsizlik mənbələrinə görə, İran danışıqların davam etdirilməsi üçün ABŞ-dan limanlarına və sahil xəttinə qoyduğu blokadanı ləğv etməsini tələb edir.
Tramp Munirə bu təklifi və blokadanın qaldırılması ehtimalını ciddi şəkildə nəzərdən keçirəcəyini bildirib.
Tahir TAĞIYEV