şənbə günü, 26 sentyabr 2026
     

“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

Image


Sosial şəbəkələrdə və digər internet resurslarında cəmiyyətə, dövlətə və dövlət strukturlarına qarşı açıq təhqir və aqressiv çağırışlar artıq Vətən xainləri üçün adət halını alıb. Bu xainlərin əsl siması Azərbaycan xalqına çox yaxşı bəllidir. Xalqımız dövlətə, xalqa qarşı müxalifətdə olmağın, dövlətçilik əleyhinə fəaliyyətin acı nəticələrini 90-cı illərin əvvəllərində yaşadı.

1992-ci ildə bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra ölkəmizdə vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Satqın, dönük, rəzil AXC-Müsavat hakimiyyəti Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Ölkədə vətəndaş müharibəsi başladı, respublika dərin böhrana sürükləndi. Belə bir şəraitdə Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət geniş vüsət alırdı. Azərbaycan xalqı bu rəzil, xəyanətkar, səriştəsiz dəstənin bir illik hakimiyyətini tariximizin qaranlıq səhifəsi kimi xatırlayır. Azərbaycan o illərdə “olum, ya ölüm” dilemması qarşısında qalmışdı.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında həmin dövrün reallıqlarından geniş bəhs edərək bildirir ki, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Bütün vəzifələrə rüşvət müqabilində təsadüfi insanlar təyin edilirdi. Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri? Ölkə Prezidenti bu çağırışı da edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, radikalların, o cümlədən xaricdəki “söyüş müxalifəti”nin anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməsi, anti-milli fəaliyyəti, milli-mənəvi dəyərlərimizə qənim kəsilməsi ictimaiyyətdə qəzəb, nifrət doğurur. Reallıq budur ki, dövlətə, milli maraqlara qarşı yönələn dağıdıcı, radikal və destruktiv davranışlar anti-Azərbaycan dairələrin, müstəqil siyasətimizi həzm edə bilməyənlərin tezislərinə əsaslanır. Dövlətimizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal siyasi proseslərə genişlənən təsir imkanları bəzi dairələri narahat edir, onların siyasi qısqanclıq hissini daha da artırır. Dövlətimizin güclənməsi, bütün platformalarda milli maraqlarımızın yüksək səviyyədə müdafiə olunması həmin dairələrin dərhal sosial şəbəkələrdə “söyüş müxalifəti” alətini işə salmasına səbəb olur.

Vüqar Rəhimzadə vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolu onun strateji mövqeyi və düşünülmüş siyasi kursunun məntiqi nəticəsidir. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycan regional aktordan daha geniş miqyasda təsir imkanlarına malik ölkəyə çevrilib. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll edilməsinə səy göstərir. Azərbaycanın dünyaya nümayiş etdirdiyi sülh təcrübəsi son illərdə keçirilən beynəlxalq tədbirlərdə təqdir edilir, nümunə göstərilir. Bu isə dövlətimizin başçısının gündən-günə artan beynəlxalq nüfuzunun, Ona olan böyük etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirməsinin, regionda lider ölkə kimi rolunu daha da gücləndirməsinin təsdiqidir. Azərbaycan Cənubi Qafqazda strateji və geosiyasi baxımdan vacib ölkədir. Enerji resursları və nəqliyyat dəhlizləri baxımından əhəmiyyətli rol oynayan Azərbaycan daim mötəbər beynəlxalq tədbirlərdə diqqət mərkəzində olur.

Millət vəkili bildirib ki, amma Azərbaycanın bu uğurlarından narahat olan dairələr dərhal “söyüş müxalifəti”ni işə salaraq dövlətimizin güclənməsi və suverenliyinə qarşı yalan, böhtan kampaniyasına start verirlər. Bu antimilli ünsürlər tarixi Zəfərimizə, dövlətimizin qlobal miqyasda əldə etdiyi uğurlara kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninə düşmənçilik edən bu nankorlar, əqidəsizlər sosial şəbəkələrdə fəallaşaraq cəfəngiyyat, qarayaxma, xəyanətkarlıqla məşğuldurlar. Xalqımıza qarşı düşmənçilik yolunu tutan, xəyanət simvoluna çevrilən, ailə dəyərlərindən, mənəvi-əxlaqı dəyərlərdən uzaq olan bu antimilli ünsürlərin qarayaxmaları heç bir nəticə verməyəcək. Əksinə, xalqın əxlaqi dəyərlərdən uzaq olan bu siyasi qullara nifrəti getdikcə daha da artır. Dağıdıcı təfəkkürə malik olan bu mənəviyyatsızların sosial şəbəkələrdən yalan, böhtan üçün istifadə etmələri xalqımız, cəmiyyətimiz tərəfindən ciddi narazılıq və etirazla qarşılanır.

Vətən müharibəsində şanlı Qələbəsi ilə tarix yazan Azərbaycan bu gün özünün ən güclü, qüdrətli dövrünü yaşayır. Azərbaycanın möhtəşəm uğurlarını həzm edə bilməyən daxili və xarici bədxahlarımızın yuxusunu ərşə çəkən də bax, bu reallıqlardır. Azərbaycana qarşı yazılan bu cür çirkin ssenarilər həmin ünsürlərin kimliyinə, simasızlıqlarına hər gün yeni əlavəni edir. Əlləri hər zaman xarici dəstəkçilərinin cibində olan ləyaqətsiz antimilli ünsürlər qanun, ədalət qarşısında cavab verməli olacaqlar. Ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır, əldə olunan bütün uğurların əsasıdır. Azərbaycan güclü Liderinin və düşünülmüş, məqsədyönlü siyasətin nəticəsində daim zirvələri fəth edəcək. Güclü, qüdrətli, qalib Azərbaycan qürur mənbəyimizdir!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ