Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində, öz səlahiyyətləri daxilində binaların (o cümlədən yaşayış yerlərinin), hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.