Məhəmməd Əsədullazadə: “Papanın “get İstanbulu al”mesajı bir ironiyadır”
Son həftələr ABŞ rəhbərliyi ilə Roma katolik kilsəsi arasında qalmaqal davam edir və tərəflər bir-birinə qarşılıqlı mesajlar verirlər. Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp zarafatca yeni Papa olmaq istədiyini demişdi, ardınca ABŞ-ın vitse-prezidenti Vens katolik kilsəsinə qarşı müxtəlif ittihamlar səsləndirib.
Roma papası XIV Lev də Trampı məsxərəyə qoyub və papa ABŞ prezidenti Trampa “get və İstanbulu ələ keçir”.
Ekspertlərin fikrincə, bu Papanın bu mesajı Trampı ələ salmaq və lağa qoymaqdır.
Bu nədən xəbər verir? Papa bununla Trampa nəyi demək istəyir? İran müharibəsindəki uğursuzluğunumu xatırladır?
Siyasi ekspert Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Roma papası ilə Tramp arasında yaşanan söz atışması diqqəti çəkir. “Göründüyü kimi, Poma papasının müharibəyə qarşı olması və Donald Trampın ona qarşı gəlməsi, qarışlıqlı ittihamların səsləndirilməsi xristian dünyasında ciddi problem yaradıb. Bir super dövlətin prezidenti dünya katoliklərinin rəhbəri Roma papası haqqında adekvat olmayan sözlər işlədib. Papa da demək olar bu mesajla Trampa cavab verdi. Papanın “get İstanbulu al”mesajı bir ironiyadır. Tramp müharibədə İranı məğlub edə bilmədi. Amma nəzərə alaq ki, Papa yenə də xristianları İstanbula qarşı iddialarını da, istəklərini də ortaya qoydu. Yəni İstanbul məsələsi sıradan bir məsələ deyil. Papa Trampa da bir mesaj verir ki, İstanbul xristianlar üçün “müqəddəsdir və Tramp da gedib onu “azad” etsin”.
M.Əsədullazadənin fikrincə, bu həm də onu göstərir ki, Vatikanın planında İstanbulu işğal etmək də var. O, qeyd etdi ki, əsrlər kesə də hələ də Vatikan, Roma papaları bunun üzərində dayanır. “Hesab edirəm ki, Roma Papası ilə Tramp arasında bu konflikt bir növ İstanbula qarşı xristianın planını bird aha üzə çıxarır”-deyə M.Əsədullazadə qeyd etdi.
İradə SARIYEVA