çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib - cinayətə batmamış PKK-çı necə təyin ediləcək...

Image


Elşad Həsənov: “PKK üzvləri arasında Türkiyəyə qarşı terror cinayətlərində əli olmayan adamları aşkarlamaq çox çətindir”

PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi üçün "terrorsuz Türkiyə" prosesi başladılıb.

Məsələ burasındadır ki, hazırda Türkiyədə “terrorsuz Türkiyə” prosesinin həyata keçirilməsi yolunda bir sıra çətinliklər meydana çıxıb. Onlardan biri də PKK terror təşkilatının üzvlərinin içərisində əli qana batmamış, cinayət törətməmiş şəxslərin müəyyən edilməsi və əfv olunması ilə bağlıdır.

Əlbəttə, bunu demək asandı, amma onların cinayət törətmədiyi necə müəyyənləşdirilə bilər? Nəzərə alsaq ki, onlar uzun illər dağlarda döyüşüb vuruşmuş adamlardır. Proseslər fonunda əhali arasında da ciddi narahatlıq var və ictimaiyyətdən də səslər eşidilir ki, seçimin dəqiq aparılacağına necə təminat verilə bilər? Yəni necə təminat verilə bilər ki, əli qana bulaşmış cinayətkarlar qaçıb gizlənə bilməyəcək, yaxud özlərini təmizə çıxaranmayacaqlar? Bu proses necə həyata keçiriləcək? Əli qana batmamış PKK terrorçularının doğrudan da müəyyənləşdirilməsi üçün etibarlı bir mexanizm varmı ki, onu tətbiq etməklə doğrudan da cinayətlərdə əli olmayan adamlar müəyyən olunsun? Ümumiyyətlə sual yaranır, bu adamlar PPK üzvü olublarsa və dağlarda yaşayıblarsa, necə ola bilər ki, onlardan kiminsə əli cinayətə batmasın? İctimaiyyətin suallarından biri məhz budur. Orada cinayət törətməmiş adam necə qala bilərdi? Bir insan ki, gecə-gündüz dağlarda döyüşür, gecələr kəndlərə basqın edir, terror törədir, belə insanların cinayətə bulaşmaması necə müəyyən edilə bilər ki? Cinayətdə əlləri olmayan adamları PKK-da niyə saxlayırdılar?

“...İstintaqın çox ağır və böyük səyləri nəticəsində üzə çıxa bilər...”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, PKK terror təşkilatıdır və bir çox Avropa ölkələri, ABŞ onu terror təşkilatı kimi tanıyıb. Bu terror təşkilatının vaxtilə Sovet dönəmində Kommunist Partiyası, SSRİ “KQB”si tərəfindən yaradıldığını deyən E.Həsənovun sözlərinə görə, məqsəd də NATO dövləti olan Türkiyəni içindən parçalamaq idi. PKK-ya silah-sursat baxımından SSRİ-nin dəstək verdiyini qeyd edən siyasi ekspertin bildirdiyinə görə, 40 ildən artıq bir müddət ərzində PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində Türkiyədə 40 mindən artıq insan öldürülüb. “Nəhayət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət nəticəsində PKK-nın həbsdə olan rəhbəri Abdullah Ocalan silahı yerə qoymaq və dağlardan enmək istədiklərini bildirdi. “Terrorsuz Türkiyə”nin amalının sülh, əminamanlıq, barış olması doğrudan da bu dövlətin inkişafı deməkdir. Amma PKK üzvləri arasında müəyyən şəxslərin məsuliyyətə cəlb edilməməsi, onların əfvinə fərman verilməsi məsələsi Türkiyə ictimaiyyətini düşündürür, onlarda müəyyən suallar yaradır. Türkiyəyə qarşı əllərində silah dağlarda vuruşmuş adamların içində ola bilər ki, əli qana batmamış adamlar var. Ancaq hesab edirəm ki, PKK-nın tərkibində Türkiyəyə qarşı terror cinayətlərində iştirak etməyən adamların sayı çox az ola bilər. Onların müəyyən edilməsi çox çətindir. Çünki əlinə silah götürüb dağlara çıxan, hökumətə qarşı çıxan adam artıq cinayətkardır, o cinayət törədib. Bu baxımdan da, PKK üzvləri arasında Türkiyəyə qarşı terror cinayətlərində əli olmayan adamları aşkarlamaq çox çətindir. Amma bütün hallarda, çətin də olsa, onları müəyyən etmək mümkün olacaq. Çünki hansı terror aktında, hansı cinayətdə hansı terror qrupunun hansı üzvlərinin iştirak etməsi, yaxud etməməsi istintaqın çox ağır və çox böyük səyləri nəticəsində üzə çıxa bilər.

Məqsəd silahını təhvil verib təslim olan insanların hamısının həbs edilməsi deyil. Elə bir məsələ də yoxdur. Barış o deməkdir ki, onlar silahı yerə qoyurlar və dinc həyata başlayırlar”.

E.Həsənov hesab edir ki, barış və sülhün əldə olunması üçün cinayət törədən və törətməyənlərə qarşı bütövlükdə amnistiya elan olunmalıdır, onlar dinc həyata qayıdıb Türkiyənin gələcəyi üçün çalışmalıdırlar. “Türkiyə ictimaiyyətini narahat edən məsələlər gündəmdədir. Bu hər yerdədir. Bu məsələ yalnız siyasi qərarın verilməsi ilə öz həllini tapa bilər. Əgər onların hamısına aministiya tətbiq olunmasa, kim cinayət törədib, kimin əli qana batıb, onların araşdırılmasına başlanılsa həmin terrorçular yenidən birləşib terror aktlarını davam etdirəcəklər, yenidən Türkiyənin daxilində ciddi təlatümlər yaradacaqlar. Ona görə də, fikrimcə, qəbul olunan ən düzgün qərar o olardı ki, Türkiyə hökuməti PKK terror təşkilatının tərkibində bu ölkəyə qarşı döyüşənlərin hamısını əfv etsin və onlar dinc həyata başlasınlar. Təbii ki, o adamları da nəzarətsiz buraxmaq olmaz. Əfv olunsalar da daim nəzarətdə olmalıdırlar, hərəkətləri müntəzəm surətdə izlənilməlidir ki, gələcəkdə belə hadisələr baş verməsin. Bu hadisənin başqa cür yozumu, izahı yoxdur. Fikrimcə, belə olarsa Türkiyədə barış əldə olunar və Türkiyə daha da inkişaf edər”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ