çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

AB komissarları dalbadal İrəvana pul qoyurlar - biri 15, biri 12, o biri 5 milyon avro...

Image


Akif Nağı: “AB komissarlarının bu “əliaçıqlığı”, “səxavəti” məqsədlidir, bununla çalışırlar ki...”

Avropa Birliyi (AB) 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistanın informasiya məkanının qorunmasını maliyyələşdirəcək. Bu barədə xarici media məlumat yayıb. Qeyd olunur ki, Avropa rəsmiləri xarici müdaxilə və dezinformasiya risqlərinə işarə edərək Moldovadakı "Rusiya izi" ilə paralellər aparırlar.

Artıq bu istiqamətdə Avropa Birliyi hərəkətə keçib. Belə ki, AB-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas 15 milyon avroluq yardım paketi elan edib. Bu vəsaitlər mina təmizləmədən tutmuş regionda etimadın artırılması tədbirlərinə qədər geniş təşəbbüslər üçün nəzərdə tutulub, lakin AB-nin bəzi səyləri kibertəhlükəsizliyə də yönələcək. Bundan əlavə, AB-nin Genişlənmə üzrə Komissarı Marta Kos 5 milyon avroluq yardım paketi elan edib. Kosun sözlərinə görə, bu tranş 2026-cı il seçkilərindən əvvəl dezinformasiyanın müəyyən edilməsində və qarşısının alınmasında əsas rol oynamalı olan vətəndaş cəmiyyəti və müstəqil medianı dəstəkləməyə yönəlib. Avropalı diplomat bu vəsaitləri Ermənistanın daxili sabitliyi və islahatların davam etdirilməsi üçün "vacib" adlandırıb. Kibertəhdidlərə və Aİ terminologiyasında FIMI kimi tanınan xarici informasiya manipulyasiyasına qarşı mübarizə aparmaq üçün ayrıca 12 milyon avroluq yardım paketi elan edilib.

Avropa komissarları İrəvana dalbadal pul ayırır, 15 milyon Kallas, 5 milyon Kos,12 milyon da başqası ayırıb.

“Bütün maraqlar seçkilərin ətrafında cəmləşib və prosesləri tam şəkildə idarə etməyə...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Qərbin Ermənistanda xüsusi maraqları var və ən azından Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. A.Nağı qeyd etdi ki, hələlik Qərbin alternativ namizədi olmadığı üçün bütün səylərini Paşinyanı dəstəkləməyə yönəldiblər. “Hazırda Ermənistanda gedən bütün proseslər 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Yəni Ermənistanda keçirilən parlament seçkiləri Qərb üçün də həlledicidir, Rusiya da nəyisə dəyişməyə ümid edir. Bu istiqamətdə Rusiya da fəallaşıb. Qərbin fəallığı daha nəzərəçarpacaq dərəcədədir, çünki onun maliyyə imkanları genişdir, amma Rusiyanın elə bir imkanları artıq qalmayıb. Ukrayna ilə müharibə Rusiyanın maliyyə imkanlarına da çox ağır zərbə vurub. Neftdən gələn gəlir xeyli azalıb, artıq ortaya çıxa, gələn gəlirləri başqa istiqamətə yönəldə bilmirlər. Sanksiyalar artıb, neftdən gələn gəlir azalıb, Rusiya nefti üçün artıq qiymət tavanı müəyyənləşib...Rusiyanın Ermənistanda prosesləri maliyyələşdirmək üçün ciddi imkanları yoxdur, amma Qərbin, Avropanın maliyyə imkanları genişdir. Ona görə də onlar bundan istifadə etməyə çalışırlar. Bütün maraqlar seçkilərin ətrafında cəmləşib və prosesləri tam şəkildə idarə etməyə çalışırlar. Bunların dediklərinə görə, bu maliyyə dəstəyi seçki öncəsi informasiya təhlükəsizliyinin qorunması ilə bağlıdır. Yəni Rusiya da bu istiqamətdə təxribatlar apara bilər. Bu gün dünyanı informasiya ilə, sosial şəbəkələrlə, müəyyən feyk məlumatları yaymaqla idarə edirlər. Bunu hər kəs bilir. Görünən tərəf odur ki, zərərli informasiya təhlükəsinin qarşısını almaq üçün bu maliyyə ayrılır. Amma məsələnin görsənməyən tərəfi var, ola bilsin, daha artıq həcmdə maliyyə ayrılıb və artıq Avropa mütəxəssisləri Ermənistanda oturub bu işlərlə məşğuldurlar. Ola bilsin ki, AB komissarlarının ayırdığı o böyük maliyyə vəsaitinin əhəmiyyətli hissəsi elə öz mütəxəssislərinə xərclənir. Onlar Ermənistanda Qərbin xəttini yeridirlər, orada informasiya təhlükəsizliyi ilə bağlı bir sistem, şəbəkə yaradırlar, onlara da yüksək maaş verilir.

Digər tərəfdən, Ermənistana dalbadal maliyyə ayırmaqla Rusiyanı da məcbur edirlər ki, nə qədər çətinlik olsa da Rusiya da ona qarşı dayanmaq üçün maliyyə yardımı ayırsın. Vaxtilə SSRİ-ni dağıdan da Qərb daxildəki müəyyən prosesləri təşkil edirdi və SSRİ-ni müəyyən maliyyə xərclərinə getməyə məcbur edirdi, əlavə xərclər də SSRİ-nin çökməsinə səbəb oldu. Təxminən eyni ssenari üzrə işi Rusiya ilə də aparırlar. Rusiyanı da maliyyə ayırma yarışına qoşmaq istəyirlər ki, Rusiyanın vəziyyəti daha da ağırlaşsın. Məsələ təxminən belədir.

Qərbin, AB komissarlarının bu “əliaçıqlığı”, “səxavəti” məqsədlidir, bununla çalışırlar ki, Paşinyan hakimiyyəti devrilməsin, əlini gücləndirsin, seçkidə qalib olsun. Bu ona yönəlib”.

A.Nağının sözlərinə görə, biz bu məsələlərə Azərbaycan dövlətinin maraqları ilə yanaşırıq, doğrudan da seçki prosesində Qərb indiki Ermənistan hakimiyyətini dəstəkləmək istəyirsə, bu onların öz işidir. Partiya sədrinin fikrincə, amma onlar heç bir halda bunu o səviyyəyə çatdırmamalıdırlar ki, rəsmi İrəvan Azərbaycana qarşı hansısa iddialarla çıxış etsin. “Bilirsiz ki, Ermənistanla Avropa Birliyi arasında imzalanan əməkdaşlıq sənədində Azərbaycanın əleyhinə olan və etiraz etdiyimiz müəyyən ifadələr işlədilib. Bu sənəddə Azərbaycana qarşı yanlış və saxtakar bir mövqe sərgilənib. Buna da Azərbaycanın Xarici İşlər Nazirliyi sərt reaksiya verdi. Əgər Qərbdə Azərbaycana qarşı belə qondarma iddialarla çıxış edirlərsə, bu mövqeni Ermənistanda hakimiyyətin siyasətinə çevirmək istəyirlərsə, bunu Azərbaycan mənfi qarşılayır və qarşılamalıdır da. Ermənistanı bu məqsədlə maliyyələşdirirlərsə və onların üzərinə bu öhdəliyi qoyurlarsa, onda bu, Azərbaycana qarşı planlaşdırılmış bir addım, xətt ola bilər”.

A.Nağı qeyd etdi ki, N.Paşinyan son açıqlamalarında Qarabağdan köçüb getmiş ermənilərin geri qayıtmasını zərərli və sülh prosesinə mane ola biləcək bir məsələ kimi qiymətləndirib, bunun mümkün olmadığını deyib. “Paşinyan öz mövqeyini açıqlayıb ki, ermənilərin Qarabağa qayıtması mümkünsüzdür, bu ziyanlı məsələdir. Amma Qərb hələ də bu mövqedən əl çəkmir. Çünki ondan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ona görə də onu Ermənistan hakimiyyətinin gündəminə gətirmək istəyirlər. Onların İrəvana maliyyə yardımının bir şərti də ondan ibarətdir ki, Ermənistan hakimiyyəti bu məsələni Qərbin istəyi ilə gündəmə gətirsin. Bu baxımdan da onların maliyyə yardımını Azərbaycana qarşı yönəlmiş qərəzli bir addım kimi dəyərləndirmək lazımdır. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bunları bilir və nəzərdə saxlayır, müəyyən çərçivələr daxilində hələ ki, bunların bu açıqlamalarına tolerant yanaşır. Etirazını da bildirir. Azərbaycan öz uğurları ilə göstərir ki, bu cür cəhdlərin heç bir mənası yoxdur, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edərək özünün suveren hüquqlarını bütün ərazilərində bərpa edib”-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ