“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməlidir.
Nazirlər Kabineti konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.