ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sülh planı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün etibarlı əsasdır. Trend bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
“Azərbaycan ilə Ermənistan arasındakı konfliktlə bağlı risklər hələ də davam edir. Lakin bizim zənnimizcə, konflikt o həddə qədər eskalasiya etməyəcək ki, bu, siyasət formalaşdırma prosesini əhəmiyyətli dərəcədə ləngitsin və ya 2026-cı ildə ölkələrin iqtisadi və fiskal perspektivlərinə mənfi təsir göstərsin.
ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqust ayında Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh planı ikitərəfli münasibətlərin normallaşdırılması üçün etibarlı əsas yaradır”, – "Moody’s"in hesabatında vurğulanıb.
Reytinq agentliyi qeyd edir ki, bu risklər tərəflərin güclü iqtisadi artımını poza bilməz.