çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Bu silah Azərbaycanın gücünü artıracaq - Slovakiyadan gələn bəyanat İrəvanda yersiz narahatlıq doğurub...

Image


Azərbaycanla Avropanın müxtəlif ölkələri arasında inkişaf edən münasibətlər Ermənistanda getdikcə daha çox narahatlıq predmetinə çevrilir. Bunu prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri fonunda bir daha görmək mümkündür. Baş verənləri böyük həyəcanla izləyən “armenianreport” portalı prosesin İrəvan üçün müsbət heç nə vəd etmədiyini yazır.

Portal etiraf edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri geniş əks-səda doğurub: “Bu hadisəyə səbəb həm də Slovakiya prezidenti Peter Pelleqrininin səs-küylü, hətta qalmaqallı bəyanatı oldu. O, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıq şəkildə bildirib. Üstəlik, bura təkcə silah satışı deyil, həm də texnologiya transferi, birgə müəssisələr və üçüncü ölkələrə birgə hərbi təchizat daxildir. Pelleqrini həvəsini gizlətməyib. O, Slovakiyanın qabaqcıl müdafiə sənayesi - özüyeriyən artilleriya, döyüş sursatları və yüksək texnologiyalı sistemlərdən qürurla danışıb. O xatırladıb ki, Slovakiya baş nazirinin müavininin əvvəlki səfəri zamanı Azərbaycan tərəfi avtomatik artilleriya qurğularına maraq göstərib. İndi də prezident əminliklə bəyan etdi ki, bu silahlar “Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcək”. Amma bu, əsas sualı ortaya qoyur: əgər müharibə erası bitibsə, Azərbaycan öz silahlı qüvvələrini nəyə görə gücləndirməlidir? Bakı dəfələrlə beynəlxalq ictimaiyyəti əmin edib ki, Ermənistanla münaqişə həll olunub və gələcək yalnız sülh yolu ilə olacaq. Əgər müharibə həqiqətən də “keçmişdə qaldı”sa, o zaman Azərbaycana nə üçün çoxsaylı raket sistemləri lazımdır? Niyə getdikcə daha müasir və dağıdıcı silahlar tələb edir? Cavab, açıq-aydın, verilməyib və çətin ki, verilsin.

Bakının son illərdəki siyasətinə məhəl qoymasalar belə, məsələnin digər tərəfi qalır – Slovakiyanın özü. Bu ölkə demokratiyanın, beynəlxalq hüququn və Avropa təhlükəsizliyinin qorunması üzərində qurulduğunu iddia edən Avropa İttifaqının və NATO-nun üzvüdür. Yəni, Avropada müharibə ilə bağlı mənəvi mövqeyi olan ölkələrin müdafiəsi öz-özünə aydın olmalıdır. Bəs biz reallıqda nə görürük? Slovakiya onunla həmsərhəd olan və Rusiya təcavüzünə qarşı çətin müdafiə müharibəsi aparan Ukraynaya silah verməkdən imtina edib. Slovakiya təkcə öz varlığını deyil, həm də Avropa məkanının təhlükəsizliyini müdafiə edən Ukraynaya heç bir silah ötürmür və satmır. Amma Azərbaycana silahlar, texnologiyalar ötürülür, birgə müəssisələr yaradılır, tam dəstək verilir. Niyə? Ukrayna “çox yaxındır” və onun qələbəsi üçüncü tərəfi qıcıqlandıra bilərmi? Ona kömək etmək risk daşıyırmı? Bəs Azərbaycan gəlirli bazardır? Diplomatik dili bir kənara qoysaq, bu, məhz belə görünür: siyasət səviyyəsinə qaldırılmış sinizm.

Bəli, Slovakiya prezidenti Pelleqrininin açıqlamaları tamamilə açıq məntiqlə bağlıdır. O, sadəcə olaraq iqtisadi əməkdaşlıqdan danışmır. O, hərbi komponenti vurğulayır. O, Azərbaycanın yeni artilleriya sistemləri almaq planlarına sevindiyini bildirir. O, ixrac üçün hərbi istehsal müəssisələrinin yaradılmasından açıq danışır. Bu, dövlətin güc potensialının gücləndirilməsi strategiyasıdır. Və əgər Slovakiyanın köməyi ilə qonşu dövlət gücə arxalanırsa, başqa sual yaranır: bu qüvvə kimə qarşı yönəlib? Gücləndirilmiş Azərbaycan ordusu kimləri cilovlamaq və ya məcbur etmək niyyətindədir?

Bir ölkə ağır silahlar alanda danışıqlara deyil, yeni hərbi əməliyyatlara hazırlaşır. Bunu hamı başa düşür - Bakıda, Bratislavada, İrəvanda da. Burada ən gülməli məqam odur ki, Slovakiya Ukraynaya silahla kömək etməkdən imtina edərək özünü sülhməramlı kimi göstərməyə çalışır. Amma əslində o, sadəcə olaraq daha sərfəli satışı seçdi. Mənfəət təhlükəsi olan yerdə Slovakiya rəhbərliyi buna göz yumur. Və bəlkə də ən qorxulusu odur ki, Avropa qurumlarının heç biri narahatedici suallar vermir”. Bu arada xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir. Azərbaycan ilə Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə yeni dinamika qazanaraq iki ölkə münasibətlərinin strateji mahiyyətini gücləndirən əsas istiqamətlərdən birinə çevrilib. Hər iki ölkənin Avroatlantik məkanla əməkdaşlığı genişləndirmək, modern texnologiyalara əsaslanan müdafiə imkanlarını inkişaf etdirmək cəhdləri qarşılıqlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycanın regionda formalaşan yeni təhlükəsizlik reallıqları və hərbi-texniki modernizasiya kursu Slovakiya kimi NATO ölkələri ilə əməkdaşlığı daha da aktual edir. Azərbaycanın müdafiə sənayesi son onillikdə ciddi inkişaf yolu keçərək müxtəlif hərbi təyinatlı məhsullar istehsal edən güclü bir sənaye sektoruna çevrilib. Yerli istehsalın genişləndirilməsi, yüksək texnologiyalı döyüş sistemlərinin tətbiqi və müasir standartlara cavab verən hərbi texnikaların alınması ölkənin prioritetləri sırasındadır. Bu kontekstdə NATO ölkələrindən biri olan Slovakiya ilə əməkdaşlıq Azərbaycanın hərbi sənayesinə yeni texnoloji imkanlar təqdim edir. Slovakiya müdafiə sənayesi zirehli texnika, artilleriya sistemləri, rabitə vasitələri, həmçinin müasir hərbi optika və elektronika sahələrində təcrübəyə malikdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ