Sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbiyyatşünas və ictimai-siyasi xadim Hidayətin yaradıcı fəaliyyətinə həsr etdiyi, Qırgızıstan Milli Elmlər Akademiyasının “Xəbərlər”ində çap olunan “Qeyri-səlis məntiq kəhkəşanında kamilləşən şəxsiyyətin ucalığı” adlı elmi məqaləsi LIBRARU.RU elektron elmi bazasında yerləşdirilib.
Məqalədə Hidayətin dramaturgiyasının ötən əsrin ikinci yarısı və yaşadığımız əsrin əvvəllərində milli teatr hərəkatının genişlənməsində özünəməxsus rol oynadığı, Azərbaycan ədəbiyyatının, teatr sənətinin və ümunən mədəniyyətinin formalaşmasında müstəsna əhəmiyyəti vurğulanır. Məqalə müəllifi Hidayətin pyeslərində qaldırılan məsələlərin müasir dramaturgiya və teatr kontekstində əhəmiyyətini, onun qeyri-səlis məntiq nəzəriyyəsinin inkişaf trayektoriyalarında kamilləşən şəxsiyyətinin böyüklüyünü milli bədii irsin bir hissəsi kimi təqdim edir.