Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda bu ölkənin neft istehsalçıları olan "Lukoyl" və "Rosneft"ə, eləcə də onların 34 törəmə şirkətinə bu ilin oktyabrında ABŞ və Böyük Britaniya sanksiya tətbiq edib.
"Lukoyl" 2010-cu ildən istismar etdiyi İraqın "Qərbi Qurna-2" yatağındakı payını satmaq qərarına gəlib. Yəni “Lukoyl” şirkəti ABŞ-ın ona qarşı sanksiyalar tətbiq etməsindən sonra beynəlxalq aktivlərini satır. Çünki sanksiyalar səbəbindən şirkət "Qərbi Qurna-2" yatağından neft çıxara bilmir və nəticədə aktivlərini satmaq məcburiyyətində qalıb.
Xarici medianın yaydığı məlumata görə, "Lukoyl"un aktivlərinə sahib olmaq üçün müraciət edən ilk şirkət Rusiya prezidenti Vladimir Putinin dostu Gennadi Timçenkonun həmtəsisçisi olduğu İsveçrənin “Gunvor” şirkəti olub. G. Timçenkonun həmtəsisçisi olduğu şirkətinin" Lukoyl"un "Qərbi Qurna-2" yatağındakı aktivlərini almaq təşəbbüsündə olması təsadüfi deyil. Görsənir ki, Putinin işarəsi ilə həmin yatağı o almaq istəyib. Lakin Vaşinqton "Gunvor"un Rusiya hakimiyyəti ilə əlaqələrini əsas gətirərək, Ukraynada müharibə bitənə qədər şirkətə biznes lisenziyası verməkdən imtina edərək sövdələşmənin qarşısını alıb.
Bir sözlə, ABŞ Putinin dostuna imtina verməklə göstərib ki, Rusiya hakimiyyəti ilə əlaqəsi olan heç bir şirkət İraqda neft yatağı ala, "Qərbi Qurna-2" yatağında pay sahibi ola bilməz.
İradə SARIYEVA