çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

İranlı ekspert Araz dəhlizini Zəngəzur dəhlizinin bir hissəsi adlandırdı - Məqsəd nədir...

Image


İranlı ekspert Əli Heydərinin ILNA agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər təkcə iki ölkə arasındakı ikitərəfli münasibətlərin vəziyyətinə deyil, həm də Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsinə işıq salır.

Onun “12 günlük müharibədə Azərbaycanın roluna dair sübut yoxdur” deməsi, İsrail-Azərbaycan əməkdaşlığına dair narahatlıqları və Zəngəzur-Araz dəhlizi ilə bağlı iddiaları bütövlükdə İranın regiondakı prioritetlərini və həssasiyyətlərini anlamağa imkan yaradır. Bu kontekstdə əsas məsələ kimi təqdim olunan “Araz dəhlizi razılaşması” ətrafında gedən müzakirələr bölgədə yeni tranzit reallığının formalaşması ilə birbaşa bağlıdır.

Əvvəlcə qeyd edilməlidir ki, Azərbaycan və İsrail arasında əməkdaşlığın genişlənməsi İran üçün uzun müddətdir strateji çətinlik yaradan istiqamətlərdən biridir. Heydərinin vurğuladığı kimi, iki ölkə arasında son illərdə siyasi, təhlükəsizlik və texnoloji sahələri də əhatə edən yaxınlaşma müşahidə olunur. Bununla belə, o, Azərbaycanın İsraillə İran arasında baş verən “12 günlük münaqişədə” iştirakına dair konkret sübutun olmamasını xüsusi qeyd etməklə, İran daxilində zaman-zaman səslənən emosional ittihamların real əsaslardan çox kənarda olduğunu etiraf etmiş olur. Bu, İran ekspert mühitində daha rasional xəttin güclənməsi kimi dəyərləndirilə bilər.

Araz dəhlizi məsələsi isə region qlobal nəqliyyat xəritəsinin yenidən qurulduğu bir mərhələdə xüsusi əhəmiyyət daşıyır. Heydərinin “Azərbaycan İran ərazisindən keçən dəhlizə razılıq verib” ifadəsi əslində 2022-ci ilin martında imzalanmış “İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat bağlantısı” haqqında Anlaşma Memorandumuna istinaddır. Bu sənəd hər hansı nəzəri iddiadan çox, praktik nəticələri olan konkret razılaşmadır. Araz çayı boyunca inşa edilən yeni yol və onun tərkib hissəsi olan Ağbənd-Kəlalə körpüsünün tamamlanması 2025-ci ilin sonuna planlaşdırılır və bu layihə artıq icra fazasına keçib. Azərbaycan öz ərazisində yolun magistral hissəsini ardıcıl şəkildə tikir, İran isə körpü və əlaqələndirici hissələr üzrə öhdəlik daşıyır.

Bu dəhlizin açılması regionda bir neçə vacib strateji nəticə yaradır. Birincisi, Zəngəzur dəhlizi üzrə Ermənistanla aparılan müzakirələrdən asılı olmayaraq, Azərbaycan Naxçıvanla təhlükəsiz və alternativ quru bağlantı əldə edir. Bu, Bakının uzunmüddətli strateji planlaması baxımından mühüm əhəmiyyətə malikdir. İkincisi, Araz dəhlizi beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının birləşmə nöqtələrindən birinə çevrilərək regionda yeni tranzit mexanizmi formalaşdırır. Təsadüfi deyil ki, bəzi ekspertlər Rusiyanın Qərb sanksiyalarından yan keçmə imkanını bu yeni xətt üzərində quracağı ehtimalını müzakirə edir. Bu, dəhlizi təkcə Azərbaycan deyil, İran üçün də iqtisadi baxımdan cəlbedici edir.

Lakin layihənin geosiyasi tərəfləri İran üçün daha həssasdır. Çünki bu dəhliz həm Türkiyə-Azərbaycan nəqliyyat körpüsünü daha da gücləndirir, həm də İranın regiondakı tranzit inhisarını zəiflədir. Heydərinin müsahibəsində narahatlıqla qeyd etdiyi “Türkiyə və Azərbaycanın marşrutu türk dünyasını birləşdirən xətt kimi görməsi” tezisi İranın Cənubi Qafqazın yeni güc balansında öz mövqeyini itirməmək üçün çalışdığını göstərir. Araz dəhlizinin İran üçün həm risq, həm də qazanc mənbəyi olması qarşısında Tehran strateji seçimlər etməli olur: ya layihəni tam dəstəkləyərək iqtisadi dividendlər əldə etmək, ya da regionda yeni güc konfiqurasiyasını gecikdirməyə çalışmaq.

Nəticə etibarilə, Heydərinin çıxışı Tehran siyasi mühitində Araz dəhlizinə dair gedən diskussiyaların bir növ təzahürü kimi görünür. Bir tərəfdən İran Azərbaycanın İsrail ilə yaxınlaşmasından narahatdır, digər tərəfdən isə Azərbaycanla iqtisadi və tranzit əməkdaşlığını artırmaq məcburiyyətindədir. Araz dəhlizi bu ziddiyyətlərin kəsişdiyi mərkəzi mövqedə dayanır. Bu layihə reallaşdıqca, Cənubi Qafqazda nəqliyyat xəritəsi dəyişəcək, region ölkələrinin qarşılıqlı asılılıq dərəcəsi yenidən formalaşacaq və yeni geosiyasi arxitektura ortaya çıxacaq. Bu isə, birmənalı şəkildə demək olar ki, həm Tehran, həm Bakı, həm də digər regional güclər üçün tamamilə yeni reallıq deməkdir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ