çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Turistlərin ən çox olduğu İçərişəhərdə Zərdabinin heykəli ən yaxşı seçim deyilmi?..

Image


Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar milli mətbuatımızın banisi, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin İçərişəhərdə, Böyük Qala küçəsi 41 ünvanında yerləşən Azərbaycan Milli Ensiklopediyanın keçmiş binası qarşısında 1979-cu ildə qoyulmuş abidəsinin Azərbaycan Pedaqaoji Universitetinin bağına köçürülməsini təklif edib.

AYB sədri deyib ki, birinci mərtəbəsində “La Quzu” restoranı yerləşən bir məkanda bu abidənin qalması uyğun deyil. “İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqaoji Universitetin bağına köçürülsün”, - AYB sədri Milli Məclisdəki çıxışında bildirib.

Anarın Zərdabinin heykəlinin “restoranın qapıçısı kimi göründüyünü” deməsi və onun başqa ünvana köçürülməsini təklif etməsi cəmiyyətdə ciddi narazılıqlara səbəb olub.

Həm sosial şəbəkələrdə, həm də mediada AYB sədrini ciddi tənqid edənlərin sayı çoxdur.

Yeri gəlmişkən, restoranın direktoru Anar Xanbabayev mətbuata Anar Rzayevin "La Quzu"nun daimi müştərilərindən biri olduğunu deyib.

O, həmçinin əlavə edib ki, restoranla heykəl arasında xeyli məsafə var, onların Zərdabinin heykəlinə heç bir aidiyyəti yoxdur, giriş qapıları da tamamilə ayrıdır.

Restoranın direktoru bildirib ki, əksinə, abidənin orada yerləşməsi çox müsbət haldır və Zərdabinin abidəsi marağa səbəb olur: “Heykəlin yerləşdiyi ərazi turistik zonadır, turistlər gəlib orada şəkil çəkirlər və bu, restoran olaraq bizə heç bir problem yaratmır”.

Zərdabinin abidəsinin müəllifi, Əməkdar heykəltaraş Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova Anarın bu təklifinə etirazını öz “Facebook” hesabında bildirib.

“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, - anama, Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir. Dünyanın hər yerində abidələr şəhərləri bəzəyib; onların ətrafında və ya yaxınlığında restoranlar və başqa hər şey tikilə bilərdi. Bu onları heç də korlamadı”.

İçərişəhərdəki sözügedən heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.

Sual yaranır ki, Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsinin nə mənası var ki, AYB sədri belə bir təşəbbüsdə bulunub? Anar müəllim milli təəssübkeş ziyalıdır, buna heç kəsin şübhəsiz olmamalıdır. O bütün fəaliyyəti dövründə bu mövqeyini ortaya qoyub. Amma Anar müəllimin Zərdabinin heykəlinin köçürülməsi ilə bağlı təklifi heç cür anlaşılmır. Bu abidənin kimə nə maneçiliyi ola bilər ki? Onun restoranın yaxınlığında olması da hər hansı bir mənfi hal deyil. Restoran pis bir yer deyil ki, o abidənin oradan köçürülməsi zərərurətə çevrilə. Adıçəkilən restoran kifayət qədər prestijli məkandır. Eyni zamanda abidə də, restoran da şəhərimizin ən görkəmli, tarixi ünvanlarından olan İçərişəhərdə yerləşir. Onu da nəzərə almaq lazımdır ki, qədim şəhər mədəniyyətimizin şah əsərlərindən olan İçərişəhər xarici turistlərin, qonaqların sıx-sıx ziyarət etdiyi məkanlardandır. Bakıya gələn istənilən qonaq ilk növbədə İçərişəhəri görməyi arzulayır, bu məkanı gəzərkən Zərdabinin möhtəşəm abidəsini də görürlər, onunla maraqlanırlar, heykəlin qarşısında şəkil çəkdirirlər. Burada ən düzgün məsələ o ola bilər ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi abidənin yanına Zərdabi ilə bağlı bir neçə dildə hazırlanmış məlumat lövhəsi qoysun və abidəni ziyarət edənlər onun Azərbaycan milli mətbuatının banisi olduğunu bilib öyrənsinlər. Bu daha düzgün yanaşma olardı.

Həsən bəy Zərdabinin heykəli, büstü bir neçə yerdə qoyulub, Azərbaycan Mətbuat Şurasında, Fəxri Xiyabandakı məzarının üstündə və sair yerlərdə ucaldılıb. Onun abidəsinin İçərişəhərdə olması isə daha üstün cəhətdir. Bu baxımdan, Anar müəllimin təklifinin nəyə əsaslandığını anlamaq olmur. Heykəl şəhərin mərkəzində yerləşməlidir ki, onu hər kəs görsün. Heykəl elə tarixi bir yerdə olmalıdır. Həsən bəy Zərdabi ümummilli adamdır, o təkcə Azərbaycan mətbuatının banisi deyil, o təkcə mətbuat xadimi deyil, bu xalqın həyatında, taleyində rol oynamış böyük şəxsiyyətlərdən biridir, o Azərbaycan xalqınındır, türk dünyasınındır. Zərdabinin heykəli ən müxtəlif dövlət, iştimai-iaşə obyektlərinin qarşısında da ola bilər, sadəcə ona qayğı lazımdır. Bu baxımdan, Zərdabinin heykəlinin yerindən götürülməsi məsələsinin özü tamamilə mübahisəlidir, yanlışdır. Onun heykəli üçün ən münasib yer elə İçərişəhərdir, onu oradan götürmək münasib deyil. Zərdabinin heykəlinin harada olması əsas deyil, əsas odur ki, o, Azərbaycan xalqının qəlbində özünə əbədi abidə ucaldıb. Zərdabi ictimai yükü olan şəxsiyyətdir, dediyimiz kimi onun fəaliyyəti təkcə mətbuatla məhdudlaşmır, o, milli şüurun formalaşmasında iştirak edib, insanların dünya görüşünün inkişafına təsir göstərən şəxsiyyət olub, Azərbaycanda sivlizasiya yaradan, onu çiyinlərinə alıb aparan şəxsiyyət olub. Bu mənada bu gün Zərdabinin heykəlinin köçürülməsi məsələsinin gündəmə gətirilməsi kökündən yanlışdır və o abidə toxunulmaz olaraq qalmalıdır.

Yeri gəlmişkən, heykəllərin köçürülməsi tendensiyası Azərbaycanda olub, amma heç də hamısı uğurla nəticələnməyib. Məsələn, böyük Azərbaycan şairi Əliağa Vahidin abidəsinin Filarmoniya Bağından İçərişəhər metrostansiyasının arxasına köçürülməsi elə də uğurlu alınmadı. Çünki abidəni elə yerə qoyublar ki, çox zaman diqqətdən kənar qalır və o abidə öz əvvəlki yerində qalsaydı daha çox ziyarətçisi olardı. Odur ki, Zərdabinin də abidəsinin götürülməsi ziyanlı hal olardı. Bu baxımdan, abidənin yerində qalması tam olaraq məqsədəuyğundur, ictimaiyyət də bu qənaətdədir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ